(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Milli Aviasiya Akademiyası Azərbaycan 2019/2020-cu tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Elan

Milli Aviasiya Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2019-cu il tarixli 737s nömrəli sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2019/2020-cu tədris ili üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir:

İxtisa­sın şifri 
 
 
 
İxtisasın adı
Fəlsəfə doktoru proqramı üzrəElmlər doktoru proqramı üzrə
doktorant hazırlığı üzrədissertant hazırlığı üzrədoktorant hazırlığı üzrə
Büdcə
hesabına
Büdcə
hesabına
Ödənişli əsaslarlaBüdcə hesabına
ƏyaniQiyabiQiyabi
3311.02Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və üsulları 1  1
3324.04Yerüstü komplekslər, buraxılış avadanlıq­ları, uçan aparatların və onların sistem­lə­ri­nin istismarı 3  2
3324.07Məsafədən aerokosmik tədqiqatlar 1   
3325.02Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları111  
3338.01Sistemli analiz, idarəetmə və informasiyanın işlən­məsi (sahələr üzrə) 1   
3351.01Naviqasiya və havada hərəkətin idarə edilməsi 1   
3352.01Hava nəqliyyatının istismarı 1   
3361.01Bərk cisim elektronikası, radioelektron kompo­nent­ləri, mikro və nanoelektroni­ka 11  
5312.01Sahə iqtisadiyyatı 111 
5603.01Beynəlxalq hüquq; insan hüquqları  1  
 Cəmi111413

Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə (rektorun adına);
  • iş yerindən kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 4 ədəd fotoşəkil (3 x 4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, TestDaF, DELF, DALF) əgər varsa (Bu sertifikata malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar);
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya və dissertanturaya sənəd qəbulu 2019-cu il dekabr ayının 10-dan 28-dək hər gün (qeyri-iş günləri istisna olmaqla) saat 10:00-dan 16:30-dək aparılacaqdır. İddiaçılar nəzərdə tutulan elmi rəhbərləri ilə müsahibədən keçməlidirlər. Qəbul komissiyası müsahibənin nəticələri və təqdim olunmuş sənədlər əsasında qəbul imtahanlarına (xarici dil; fəlsəfə; ixtisas fənni üzrə) buraxılmaq haqqında qərar qəbul edir.

Ətraflı məlumat almaq üçün Milli Aviasiya Akademiyasının Magistratura və doktorantura şöbəsinə müraciət etmək olar.

Əlaqə telefonu: (+99412) 497 26 00 (daxili 23-48) və ya (+99412) 556 51 13.

Ünvan: Bakı şəh., Mərdəkan prospekti, 30.

e-mail: kh.abdullayev@naa.az   və ya  khagani61@gmail.com