(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Milli Aviasiya Akademiyasının tələbələrinin nəzərinə!

Milli Aviasiya Akademiyasının tələbələrinin nəzərinə

        Əziz tələbələr!

      Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərar qəbul etmişdir.

     Qərarın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinə 15 aprel 2020-ci il tarixli 04-26-477/15 nömrəli təlimat məktubu ünvanlanmışdır.

     Qeyd olunan Qərarda Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənişi nəzərdə tutulur:

1. ünvanlı dövlət sosial yardımı alanlar;

2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

2.1. I və II dərəcə əlilliyi olan şəxslər;

2.2. işsiz kimi qeydiyyatda olanlar;

2.3. yaşa görə əmək pensiyaçıları;

2.4. yaşa görə sosial müavinət alanlar.

     Qeyd olunan Qərarda aşağıdakı tələbələrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənişi nəzərdə tutulmamışdır:

  1. təkrar ali təhsil alan tələbələr;
  2. normativ təhsil müddətindən çox təhsil alan tələbələr;
  3. əyani təhsil almayan tələbələr.

     Nazirlər Kabinetinin Qərarının icrası ilə əlaqədar sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr haqqında zəruri məlumatların Təhsil Nazirliyinə təqdim olunması məqsədilə, həmin tələbələrdən aşağıda göstərilən sənədlərin elektron surətlərinin aidiyyəti üzrə müvafiq fakültə dekanlığının elektron poçt ünvanlarına göndərmələri xahiş olunur:

  • Tələbənin şəxsiyyətini təsdiq edən sənədin elektron surəti;
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin elektron surəti;
  • Şəhadətnamədə göstərilən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlərin elektron surətləri;
  • Tək valideyni olduqda əlavə olaraq digər valideynin ölüm haqqında şəhadətnaməsinin elektron surəti;
  • Qanuni nümayəndələrlə münasibətdə məhkəmənin müvafiq qərarının və nümayəndələrin şəxsiyyətini təsdiq edən sənədlərin elektron surətləri;
  • Valideyinlərin və ya qanuni nümayəndələrin sosial statusunu (ÜDSY alan ailə, qeydiyyatdan keçmiş işsiz, I və II dərəcə əlil, yaşa görə əmək pensiyaçısı, yaşa görə sosial müavinət alan) təsdiq edən sənədlərin elektron sürətləri.

     Yuxarıda göstərilən sənədlərlə yanaşı, tələbələrdən müvafiq fakültə dekanlığlarının elektron poçt ünvanlarına elektron məktub vasitəsi ilə də müraciət etmələri xahiş olunur (əlavə edilir). Həmin məktubda müraciətin dəqiq səbəbi, təqdim olunan zəruri sənədlərin siyahısı, əlaqə nömrələri qeyd edilməlidir.

Fakültə dekanlıqlarının elektron poçt ünvanları

  1. Hava nəqliyyatı fakültəsi

      2. Nəqliyyat texnologiyaları fakültəsi

  1. Aerokosmik fakültə
  1. Fizika-texnologiya fakültəsi
  1. İqtisadiyyat və hüquq fakültəsi

        Tələbədə təhsil haqqı xərcinin dövlət büdcəsi hesabına ödənilməsi hüququ 2020-ci ilin tədris semestrləri müddətində müraciət tarixinə yuxarıda göstərilən şərtlərin hər hansı biri olduqda təmin olunur.

      2020-ci ildə tədris semestrləri dedikdə 2019/2020-ci tədris ilinin ikinci (yaz) və 2020/2021-ci tədris ilinin birinci (payız) semestrləri nəzərdə tutulur.

      Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə 2019/2020-ci tədris ilinin ikinci yarım ili üçün təhsil haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəkdir.

        Nazirlər Kabinetinin Qərarı ilə əlaqədar suallarını tələbələr adları aşağıda qeyd olunan məsul şəxslərə ünvanlaya bilərlər:

  • Vasif Neymətov – Tədris-metodiki şöbənin rəisi; e-mail: neymvasif@mail.ru; tel.:(+99455)744-78-78;
  • Ravil Mürsəlov – Tədris-metodiki şöbənin metodisti; e-mail: ravilmursalov@gmail.com; tel.: (+99470) 237-96-95.

Elektron müraciət nümunə (yüklə)