(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Azərbaycan Hava Yolları QSC-nin Milli Aviasiya Akademiyası 2020/2021-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Elan

Milli Aviasiya Akademiyası (MAA) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli 493 nömrəli sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2020/2021-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

İxtisa­sın şifri

 

 

 

 

İxtisasın adı 

Fəlsəfə doktoru proqramı üzrə

Elmlər doktoru proqramı üzrə

doktorant hazırlığı üzrə

dissertant hazırlığı üzrə

doktorant hazırlığı üzrə

Qiyabi

 

Qiyabi

3324.04

Yerüstü komplekslər, buraxılış avadanlıq­ları, uçan aparatların onların sistem­lə­ri­nin istismarı

2

 

1

3324.07

Məsafədən aerokosmik tədqiqatlar

2

 

 

3325.02

Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri qurğuları                     

1

 

 

3338.01

Sistemli analiz, idarəetmə və informasiyanın işlən­məsi (sahələr üzrə)

2

 

 

3350.01

Daşınma proseslərinin idarə edilməsi

1

 

 

3351.01

Naviqasiya və havada hərəkətin idarə edilməsi

1

1

 

3361.01

Bərk cisim elektronikası, radioelektron kompo­nent­ləri, mikro nanoelektroni­ka

 

 

1

5312.01

Sahə iqtisadiyyatı 

2

 

 

5603.01

Konstitusiya hüququ, bələdiyyə hüququ

1

 

 

5608.01

Mülki hüquq: sahibkarlıq hüququ; ailə hüququ; beynəl­xalq xüsusi hüquq

 

1

 

5611.01

Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ

1

 

 

 

Cəmi

13

2

2

Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə (MAA rektorunun adına);
  • iş yerindən kadrların şəxsi-qeydiyyat vərəqi;
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından çıxarış;
  • tərcümeyi-hal;
  • 4 ədəd fotoşəkil (3 x 4 sm ölçüdə);
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, TestDaF, DELF, DALF) əgər varsa (Bu sertifikata malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar);
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya və dissertanturaya sənəd qəbulu 2020-ci il sentyabr ayının 14-dən oktyabrın 9-dək hər gün (qeyri-iş günləri istisna olmaqla) saat 10:00-dan 16:30-dək aparılacaqdır. İddiaçılar nəzərdə tutulan elmi rəhbərləri ilə müsahibədən keçməlidirlər. Qəbul komissiyası müsahibənin nəticələri və təqdim olunmuş sənədlər əsasında qəbul imtahanlarına (xarici dil; fəlsəfə; ixtisas fənni üzrə) buraxılmaq haqqında qərar qəbul edir.

Ətraflı məlumat almaq üçün Milli Aviasiya Akademiyasının Magistratura və doktorantura şöbəsinə müraciət etmək olar.

Əlaqə telefonu: (+99412) 497 26 00 (daxili 23-48) və ya (+99412) 556 51 13.  mob. 050 610 64 73.

Ünvan: Bakı şəh., Mərdəkan prospekti, 30.   e-mail:   khagani61@gmail.com

Doktoranturaya qəbul Qaydaları.

  1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
  2. Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.
  3. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı DİM tərəfindən müəyyənləşdirilir.
  4. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.
  5. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyənləşdirilir.
  6. Fəlsəfə fənni üzrə imtahan Milli Aviasiya Akademiyasında həyata keçirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahanın məzmunu (proqramı) Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.
  7. İxtisas fənnindən qəbul imtahanını MAA-nın rektoru tərəfindən yaradılan komissiya həyata keçirir və imtahana yalnız fəlsəfə fənnindən “məqbul” alan şəxslər buraxılırlar.
  8. Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan elmi rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar olmadıqda, müvafiq olaraq komissiyanın tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri) və dosentlər daxil edilir.
  9. Qəbul komissiyası imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edir. Qərar barədə məlumat şəxsin ərizəsində göstərdiyi ünvana və ya elektron poçt ünvanına göndərilir.
  10. Komissiyanın qərarından razı olmayan şəxslər qərar qəbul edildikdən və bu barədə məlumat aldıqdan sonra 3 (üç) iş günü müddətində MAA-nın rektoruna apellyasiya ərizəsi ilə müraciət edə bilər. Müraciətə 5 (beş) iş günü müddətində baxılır və əsaslandırılmış qərar qəbul edilir. Qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
  11. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.
  12. “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.
  13. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
  14. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) 4-cü bənddə göstərilən qaydada keçirilən qəbul imtahanı verirlər.
  15. MAA-nın elmi şurası müvafiq şöbə, bölmə, kafedra və ya laboratoriyanın təqdimatı və “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyənlər üçün xarici dil fənni üzrə imtahandan aldıqları qiymət əsasında iddiaçının dissertant təhkim olunması, onun dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında qərar qəbul edir. Elmi şuranın qərarı əsasında MAA-nın rektoru iddiaçının təhkim olunması haqqında əmr verir.
  16. “Fəlsəfə doktoru” elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslər müəyyən olunmuş qaydada ixtisas fənnindən və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən də fəlsəfə doktoru imtahanları verirlər.