(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Milli Aviasiya Akademiyasının İngilis dili qruplarında təhsil almaq istəyən tələbələrin nəzərinə!

2020/2021-ci tədris ilində “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının “Aerokosmik mühəndislik” “Kompüter mühəndisliyi” ixtisaslarının 1-ci kursuna qəbul olmuş və İngilis dili bölməsində təhsil almaq istəyən tələbələr üçün müsabiqə elan edir.

İngilis dili bölməsində təhsil müddəti 5 (beş) ildir.

Birinci tədris ili intensiv olaraq tələbələrin ümumi və peşəyönümlü ingilis dilindən bilik və bacarıqları inkişaf etdiriləcək, növbəti dörd il ərzində isə həmin tələbələrə ingilis dilində ixtisasın təhsil proqramının fənləri tədris olunacaqdır.

Milli Aviasiya Akademiyasının “Aerokosmik mühəndislik” “Kompüter mühəndisliyi” ixtisaslarının İngilis dili bölməsində təhsil almaq istəyən 1-ci kurs tələbələri 2020-ci il sentyabr ayının 24-dən oktyabr ayının 12-nə qədər onlayn formanı doldurmaqla müraciət edə bilərlər.

“Aerokosmik mühəndislik” “Kompüter mühəndisliyi” ixtisaslarının İngilis dili qruplarına tələbələrin qəbulu üzrə müsabiqə 8 oktyabr 2020-ci il tarixində, saat 11:30-da Milli Aviasiya Akademiyasında ənənəvi şəkildə keçiriləcəkdir. Müsabiqədə azərbaycan və rus bölmələrinin tələbələri birgə iştirak edəcəklər.

Müsabiqə ingilis dilində danışıq vərdişlərinin qiymətləndirilməsi əsasında aparılır.

Hər ixtisas üzrə ən yaxşı nəticə göstərən 10-12 tələbə ingilis dilində təhsil almaq imkanı əldə edə biləcək.

Ətraflı məlumat almaq üçün Milli Aviasiya Akademiyasının Beynəlxalq Əlaqələr Şöbəsinə müraciət etmək olar.

Əlaqə telefonu: (+99412) 497 26 00 (əlavə 23-91), e-mail: gvaliyeva@naa.edu.az

Ünvan: AZ-1045, Bakı şəh., Mərdəkan prospekti, 30.