(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

MAA ilə Ukrayna Ali Radasının Qanunvericilik İnstitutu və Elmi Şurası arasında Saziş imzalanmışdır

Cari ilin mart ayının 19-da Milli Aviasiya Akademiyası ilə Ukrayna Ali Radasının Qanunvericilik İnstitutu və Elmi Şurası arasında birgə əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

Sazişdə tərəfləri maraqlandıran müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi (aviasiya hüququ, nəqliyyat hüququ, kosmik qanunvericilik, süni intellektin hüquqi əsasları, terrorizmlə mübarizə, kiber cinayətkarlıq, şəxsi məlumatların qorunması, ətraf mühit qanunvericiliyi); hüquqi və digər məlumatların mübadiləsi, tərəflərin qanunvericiliklərinin məzmunu və tətbiqi praktikası barəsində məsləhətləşmələrin aparılması, qanunvericilik təşəbbüslərinin, tədris proqramlarının xarici ekspertizası; birgə elmi tədqiqatların aparılması, magistr, doktorant və dissertantların dissertasiya işlərinə birgə rəhbərlik, məqalələrin və birgə elmi tədqiqatların nəticələrinin milli elmi jurnallarda dərc edilməsi; tədqiqatçıların, gənc alimlərin, magistrant, doktorant və mütəxəssislərin mübadiləsi, qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsi, dövlət idarəçiliyi və idarəetmə məsələləri üzrə onlayn formatda təlimlərin keçirilməsi və nəticədə sertifikatların verilməsi və s. bu kimi məsələlər nəzərdə tutulmuşdur.