(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh,Mərdəkan pr.,30
Stay connected:

“IV İslam Həmrəyliyi Oyunları”nın açılış mərasimi ilə əlaqədar mayın 12-də “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) fəaliyyət göstərməyəcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, həmin gün səhər saat 06:00-dan Bakı ətrafı kənd və qəsəbələrdən “Koroğlu” NMM-ə gələn marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müəyyən olunmuş istiqamətlər – metronun “Həzi Aslanov” stansiyalarına doğru dəyişdiriləcək.

Belə ki, 101, 136, 150, 160, 171, 187 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Hava Limanı-Zığ beton yolundan keçməklə “Həzi Aslanov” metrostansiyasına yönləndiriləcək.