(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh,Mərdəkan pr.,30
Stay connected:

Magistraturaya qəbul olunanların qeydiyyatı 2017-cı il iyun ayının 29-dan iyul ayının 10-dək MAA-nın Magistratura və doktorantura şöbəsində aparılacaq.

Magistraturaya qəbul olunanların qeydiyyatı  2017-cı il iyun ayının 29-dan iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 09.00-dan 16.30-a kimi MAA-nın Magistratura və doktorantura şöbəsində aparılacaq.

Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

  1. İş nömrəsi və şəxsi kabinetə daxil olmaq üçün Fərdi İdentifikasiya Nömrəsi (FİN).
  2. Əvvəlki illərin məzunları üçün diplomun əsli, cari ilin məzunları üçün təhsil aldıqları ali təhsil müəssisəsindən ixtisasın tam kursunu müvəffəqiyyətlə (fərqlənmə və ya adi) bitirməsi haqqında arayış.
  3. Ödənişli əsaslarla qəbul olunanlar üçün 1-ci ilin təhsil haqqının ödənilməsi barədə qəbz.
  4. Hərbi biletin surəti.
  5. Tərcümeyi-hal.
  6. Şəxsiyyət vəsiqəsinin surəti.
  7. 4 ədəd 3×4 ölçülü fotoşəkil (ağ fonda).
  8. Sağlamlıq haqqında arayış.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Əlaqə tel. 012 – 497 26 00 + 23 48 (və ya 23 21), 012 – 556 51 13

Mob. (050) 610 64 73 (khagani61@gmail.com)