(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elmi Tərəqqi Fondu”nun elmi-tədqiqat layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi üzrə 2017-ci il üçün müsabiqə

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elmi Tərəqqi Fondu”nun elmi-tədqiqat layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi üzrə 2017-ci il üçün müsabiqə haqqında

E L A N

   Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elmi Tərəqqi Fondu” (bundan sonra – Fond) Azərbaycan Respublikasında təbiət və texnika elmləri sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini və digər elmi tədbirləri (bundan sonra – layihələr) dəstəkləmək, Milli Aviasiya Akademiyasında (bundan sonra Akademiya) və/və ya Akademiya ilə əməkdaşlıq edən elmi-tədqiqat və tədris müəssisələrində fəaliyyət göstərən, Fondun Əsasnaməsi ilə müəyyən edilmiş elm sahələri üzrə aktual, müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin və müvəqqəti yaradılmış yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə  2017-ci il üçün müsabiqə

E L A N  E D İ R

  1. “Elmi Tərəqqi Fondu”nun fəaliyyəti aşağıdakı elm sahələrini əhatə edir:
  • Yer elmləri;
  • Fizika-texnika elmləri;
  1. Aşağıdakı prioritet istiqamətlər üzrə təqdim edilən layihələrə üstünlük veriləcəkdir:
    • neftqazçıxarmada riyazi modelləşdirmə, diaqnostika, nəzarət və idarəetmə sistemləri;
    • dünya standartlarına cavab verən mühərrik yanacaqlarının və yağlarının alınması üçün mütərəqqi texnologiyaların yaradılması, neft emalının dərinləşməsi;
    • ənənəvi və qeyri ənənəvi karbohidrogen yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsinin yeni texnologiyalarının və Azərbaycanın neft-qaz kompleksinin ehtiyat bazasının inkişaf proqnozu;
    • quruda və dənizdə neft-qaz əməliyyatlarının keçirilməsi zamanı ətraf mühitin qorunması.
  2. Yuxarıda qeyd olunmuş elm sahələri üzrə müsabiqə növləri:
    • sona çatdırılmış ən yaxşı elmi-tədqiqat işləri müəlliflərinin “həvəsləndirici mükafatla” qiymətləndirilməsi (müsabiqə növünün kodu: HM);
    • planlaşdırılan ən yaxşı elmi-tədqiqat layihələrinin yerinə yetirilməsi üçün maliyyələşdirilmə (müsabiqə növünün kodu: ET);
    • xüsusi layihələrdən ən yaxşısının yerinə yetirilməsi üçün maliyyələşdirilmə (müsabiqə növünün kodu: XL).
  3. “Həvəsləndirici mükafat” yuxarıda sadalanan prioritet istiqamətlərin hər biri üzrə yaxın 1 ildə tamamlanmış, əhəmiyyətli işlərin müəlliflərini həvəsləndirmək üçün verilir.

Mükafat 3 nominasiyada verilir:

  • birinci yer: 10 min manat məbləğində olan bir mükafat;
  • ikinci yer: hər biri 5 min manat məbləğində olan iki mükafat;
  • üçüncü yer: hər biri 3 min manat məbləğində olan üç mükafat (gənc alimlər üçün);
  1. Fundamental və tətbiqi səciyyəli ən yaxşı elmi-tədqiqat layihələri (ET) üçün, onların mürəkkəbliyindən, işin həcmindən və yerinə yetirilmə zamanından asılı olaraq, aşağıdakı qaydada maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur:
  • kiçik orta həcmli layihələr üçün (100 min manata qədər);
  • böyük həcmli layihələr üçün (200 min manata qədər).

Müsabiqənin nəticəsinə əsasən, seçilmiş ən yaxşı xüsusi layihələr (XL) kiçik həcmli layihələr üçün nəzərdə tutulmuş məbləğdə maliyyələşdirilir.

Xüsusi layihələr aşağıdakıları əhatə edir:

  • (XL1): Elmi əsərlərin Azərbaycanda və ya xaricdə nəşri, Azərbaycan dilinə və ya Azərbaycan dilindən tərcüməsi;
  • (XL2): Elmi ekspedisiya və çöl işlərinin təşkili;
  • (XL3): Azərbaycanda elmi tədbirlərin təşkili və keçirilməsi;
  • (XL4): Xarici elmi tədbirlərdə iştirak etmə;
  • (XL5): Xarici ölkələrin birində doktorantura xətti üzrə təhsilin alınması.
  1. Müsabiqədə ancaq MAA-nın əməkdaşları və onlarla həmmüəllif olan şəxslər iştirak edə bilər. Layihələr müsabiqəyə fərdi və kollektiv formada təqdim oluna bilər. Müsabiqəyə təqdim edilən layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalıdır.
  2. Müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar 01 iyul 2017-ci il tarixindən başlayaraq qəbul olunur.

Müsabiqədə iştirak etmək üçün ərizələrin, ərizəyə əlavə olunan müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 16 oktyabr 2017-ci il saat 1700-dir.

Fond tərəfindən qrantların verilməsi üzrə 2017-ci il üçün müsabiqənin nəticələri 1 dekabr 2017-ci il tarixindən gec olmayaraq açıqlanacaqdır.

  1. Bütün layihələr, bir qayda olaraq, Azərbaycan dilində tərtib edilməlidir. Sənədlərin 2 №-li forması əlavə olaraq ingilis və rus dillərində təqdim olunmalıdır. Layihələr iki formatda (kağız üzərində və elektron məlumat daşıyıcılarına yazılmış şəkildə) aşağıdakı üsullarla təqdim olunmalıdır.

Müsabiqədə iştirak etmək üçün layihə rəhbəri tərəfindən imzalanmış ərizənin, ərizəyə əlavə olunan müvafiq sənədlərin və digər müşayiətedici materialların A4 formatlı ağ kağızda çap olunmuş variantını (2 nüsxə) və elektron məlumat daşıyıcılarına (CD, DVD və s.) yazılmış versiyasını birlikdə:

  • Fondun Müsabiqə Komissiyasının ünvanına (AZ-1045, Bakı şəhəri, Mərdəkan pr. 30, Milli Aviasiya Akademiyası) poçt vasitəsilə göndərmək yolu ilə;
  • və ya Fondun Müsabiqə Komissiyasının yuxarıda göstərilən ünvanda yerləşən binasına həftənin iş günlərində (bazar ertəsi – cümə) saat 1000-dan 1700-dək birbaşa çatdırmaqla və qeydiyyatdan keçirmək yolu ilə.

Ərizənin (Forma 1), ərizəyə əlavə olunan sənədlərin (Formalar 2-4) və digər müşayiətedici materialların elektron variantının kağızda olan varianta tam uyğun olmasına məsuliyyəti layihə rəhbəri daşıyır.

Bütün formaların nümunələri ARDNŞ-in və MAA-nın müvafiq saytlarında (www.socar.azwww.naa.az) yerləşdirilib.

Müsabiqədə iştirakla bağlı hər hansı problem yarandığı təqdirdə MAA-nın elmi katibi ilə birbaşa əlaqə saxlanılması tövsiyə olunur. Əlaqə telefonu: (012) 556-51-13; elektron poçt ünvanı: khagani61@gmail.com

Formaların nümunələri: