Doktorantura və dissertanturaya qəbul

Elan

Milli Aviasiya Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli 870s nömrəli sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2017/2018-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir:

Doktoranturaya sənəd qəbulu 2018-ci il yanvar ayının 5-dən 31-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 16:30-dək aparılacaqdır. Dissertanturaya qəbul 2017/2018-ci tədris ili ərzində həyata keçiriləcək. Doktoranturaya daxil olmaq istəyənlər nəzərdə tutulan elmi rəhbərləri ilə müsahibədən keçirlər. Qəbul komissiyası müsahibənin nəticələri, referata verilən rəy və təqdim olunmuş sənədlər əsasında qəbul imtahanlarına buraxılmaq haqqında qərar qəbul edir.

Doktoranturaya qəbul olmaq istəyənlər fevral ayında aşağıdakı fənlərdən qəbul imtahanları verirlər: a) ixtisas fənni üzrə; b) xarici dil; c) fəlsəfə üzrə.

Ətraflı məlumat almaq üçün Milli Aviasiya Akademiyasının Magistratura və doktorantura şöbəsinə müraciət etmək olar.

Əlaqə telefonu: (+99412) 497 26 00 (daxili 23-48) və ya (+99412) 556 51 13.

Ünvan: Bakı şəh., Mərdəkan prospekti, 30.

e-mail:    khagani61@gmail.com