(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Abituriyentlərin nəzərinə!

Abituriyentlərin nəzərinə!

2018/2019-cu tədris ili üçün Milli Aviasiya Akademiyasına (MAA) tələbə qəbulu qaydalarına müvafiq olaraq, MAA-nın 050616 “Uçuş mühəndisliyi” və 050615 “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər Heydər Əliyev Beynəlxalq Aeroportu Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasının Həkim-uçuş ekspert komissiyasında xüsusi tibbi müayinədən və “Psixofizioloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsindən, MAA-da isə “Fiziki hazırlıq” üzrə qabiliyyət müsabiqəsindən keçməlidirlər.

Abituriyentlərin tibbi müayinəsi 05 aprel – 14 may 2018-ci il, “Psixofizioloji peşə seçimi” qabiliyyət müsabiqəsi isə 18 aprel – 12 may 2018-ci il tarixlərində Heydər Əliyev Beynəlxalq Aeroportu Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasında şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9.00-dan 16.00-dək keçiriləcəkdir. Xüsusi tibbi müayinədən keçmiş abituriyentlər arasında “Fiziki hazırlıq” üzrə qabiliyyət müsabiqəsi isə 2018-ci ilin 28 aprel, 05 may və 12 may tarixlərində MAA-da saat 9.00-dan başlayaraq aparılacaqdır.

Abituriyentlər arasında peşə seçimi nəzərə alınmaqla keçirilmiş tibbi müayinənin və qabiliyyət müsabiqələrinin nəticələri 18 may 2018-ci il tarixinə qədər Dövlət İmtahan Mərkəzinə təqdim olunacaqdır.

 

MAA-nın nəzdindəki Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçmək üçün abituriyent aşağıdakı sənədləri şəxsən özü təqdim etməlidir!

  1. Elektron ərizə (əgər varsa)
  2. Şəxsiyyət vəsiqəsi (əsli və sürəti)
  3. Hərbi Komissarlığa təhkim olunma vəsiqəsinin sürəti (Hərbi biletin sürəti – həqiqi hərbi xidmət keçənlər üçün)
  4. 6 ədəd 3×4 foto şəkil (açıq fonda)
  5. Sağlamlıq haqqında arayış (Yaşadığı ərazi üzrə poliklinikadan)

 

MAA-nın Sənəd Qəbulu Komissiyası  (tel. 012-456 08 04 və ya 012-497 26 00 + 23 49)