Milli Aviasiya Akademiyasında görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş “Mir Cəlal-110” adlı  “açıq dərs” keçirilmişdir.

May ayının 4-də Milli Aviasiya Akademiyasının kitabxanasında xalq şairi və eləcə də  akademiyanın  “Dil və ictimai fənlər” kafedrasının müdiri, professor Nəriman Həsənzadənin görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş “Mir Cəlal-110” adlı  “açıq dərsi” keçirilmişdir.

Dərsdə akademiyanın rektoru  akademik  Arif  Mir Cəlal oğlu Paşayev,  ədibin tələbələri,  incəsənət xadimləri, akademiyanın  professor-muəllim heyəti və tələbələr   iştirak etmişdilər.

Tələbələrin ifasında   Mir Cəlalın  hekayələrinə  kiçik  səhnəciklər nümaiş olmuş  və Mir Cəlala həsr olunmuş şeirlər söylənmişdir. Sonda akademiyanın tələbələrinin ifasında “Sən ey uşaqliq”  mahnısı ifa olunmuşdur.