Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və hüquq” fakültəsinin tələbəsi Teymurlu Sahil Arif oğlu 20 yaşında ürəktutmasından dünyasını dəyişib.

Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti kədərli xəbərlə sarsılıb. “İqtisadiyyat və hüquq” fakültəsinin III kurs, 1315a “Dünya iqtisadiyyatı” ixtisasının tələbəsi Teymurlu Sahil Arif oğlu 20 yaşında ürəktutmasından dünyasını dəyişib.
Akademiyanın rəhbərliyi və kollektivi Sahilin vəfatından kədərləndiklərini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!