(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Milli Aviasiya Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Azərbaycanda Nəqliyyatın İnkişaf Problemləri” mövzusunda elmi-texniki tələbə konfransı keçirilmişdir.

Bu gün Milli Aviasiya Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Azərbaycanda Nəqliyyatın İnkişaf Problemləri” mövzusunda elmi-texniki tələbə konfransı işə başlayıb.
Konfrans Azərbaycanın müasir mülki aviasiyasının memarı sayılan ulu öndər Heydər Əliyevin bu sahənin sürətli inkişafına göstərdiyi diqqət və qayğısı, Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətləri, ölkəyə rəhbərlik etdiyi dövrdə uğurlu daxili və xarici siyasətindən bəhs edən “Dahi şəxsiyyət” filminin nümayişi ilə başladı.
Üç gün davam edəcək konfrans çərçivəsində doqquz bölmə üzrə hava gəmilərinin texniki və logistik məsələlərinə həsr olunan 113 məruzə dinləniləcək.