MAA tələbələri Beynəlxalq TRİZ 2018 Kuboku müsabiqəsinin qalibi olmuşlar.

15 may 2018-ci il tarixində MAA-da Beynəlxalq TRİZ (Теория Решения Изобретательских Задач) qrupunun növbəti iclası keçirilmişdir. İclasda TRİZ 2018 Kuboku müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.  Belə ki, MAA-nın tələbələri – German Dinçari, Aynur Əliyeva və Bayraməli Allahverdiyevdən ibarət komandası  “Fantaziya etmə” nominasiyası üzrə II yeri tutmuşdur. Qaliblərə diplomları MAA-nın elmi katibi Xəqani Abdullayev, Beynəlxalq TRİZ 2018 Kuboku müsabiqəsinin regional nümayəndəsi Natiq Əliyev, yazıçı-fantast Aleksandar Xakimov, yazıçı-fantast Rüstəm Hüseynov məsləhətçi Alyona İnyakina təqdim etmişlər.