(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Magistraturaya qəbul olunanların qeydiyyatı MAA-nın Magistratura və doktorantura şöbəsində aparılacaq

Magistraturaya qəbul olunanların qeydiyyatı

2018-ci il iyun ayının 28-dən iyul ayının 11-dək (şənbə və bazar günləri istisna olmaqla)

saat 0900-dan 1630-a kimi MAA-nın Magistratura və doktorantura şöbəsində aparılacaq

 

Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

  1. İş nömrəsi və şəxsi kabinetə daxil olmaq üçün Fərdi İdentifikasiya Nömrəsi (FİN);
  2. Əvvəlki illərin məzunları üçün diplomun əsli, cari ilin məzunları üçün təhsil aldıqları ali təhsil müəssisəsindən ixtisasın tam kursunu müvəffəqiyyətlə (fərqlənmə və ya adi) bitirməsi haqqında arayış;
  3. Ödənişli əsaslarla qəbul olunanlar üçün 1-ci ilin təhsil haqqının ödənilməsi barədə qəbz;
  4. Hərbi biletin surəti (akademik məzuniyyət götürərək əsgər getmək istəyən bakalavrlar çağırış vəsiqəsinin surətini);
  5. Tərcümeyi-hal;
  6. Şəxsiyyət vəsiqəsinin surəti;
  7. 4 ədəd 3×4 ölçülü fotoşəkil (ağ fonda);
  8. Sağlamlıq haqqında arayış.

 

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Əlaqə tel. 012 – 497 26 00 + 23 48 (və ya 23 21), 012 – 556 51 13

Mob. (050) 610 64 73 (khagani61@gmail.com)