(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

(Azərbaycan) Milli Aviasiya Akademiyasına qəbul olunanların qeydiyyatı MAA-nın Sənəd Qəbulu Komissiyasında aparılacaq

Milli Aviasiya Akademiyasına qəbul olunanların qeydiyyatı

2018-ci il avqust ayının 16-dan 28-dək (şənbə ,bazar və bayram günləri istisna olmaqla)

saat 1000-dan 1600-a kimi MAA-nın Sənəd Qəbulu Komissiyasında aparılacaq.

 Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərin

SİYAHISI

  1. Təhsil haqqında sənədin əsli (tam orta təhsil haqqında attestat, orta və ya ali təhsil haqqında diplom)
  2. Şəxsiyyəti təsdiq edən sənədin əsli və 3 ədəd surəti (üz və arxa tərəfləri eyni səhifədə)
  3. 8 ədəd 3×4 rəngli foto şəkil (açıq fonda)
  4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışçı Vəsiqəsi və ya Hərbi Bilet (əsli və surəti)
  5. Sağlamlıq haqqında tibbi arayış (Forma 86)  (Uçuş mühəndisliyi və Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi ixtisasları istisna olmaqla)
  6. Ödənişli əsaslarla qəbul olunanlar üçün – bir illik (1-ci kurs üzrə tam) təhsil haqqının ödəniş qəbzinin əsli və surəti (Ödəniş yeri: H.Əliyev Beynəlxalq Aeroportu, cənub terminalı, Azərbaycan Beynəlxalq Bankının şöbəsi)
  7. Çap olunmuş Elektron ərizə  (DİM səhifəsində şəxsi kabinetə daxil olaraq Cari İl ərizələrində İş Nömrəsini qeyd etməklə).

 Qeyd:

  1.  Qeydiyyat üçün abituriyent nömrəsini və DİM-in səhifəsində şəxsi kabinetə giriş üçün parolu (Fərdi İdentifikasiya Nömrəsi – FİN) təqdim  etməlidir.
  2. Abituriyent qeyd olunan müddətdə qeydiyyatdan keçməsə, bu onun müvafiq ixtisasa yerləşməsindən imtina etməsi kimi qiymətləndiriləcək.
  3. Milli Qəhrəmanların, Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin övladları müvafiq sənədləri  təqdim etməlidirlər.
  4. Məcburi köçkünlər üçün Qaçqınlıq vəsiqəsinin əsli və surəti tələb olunur.

 MAA-nın Sənəd Qəbulu Komissiyası