MAA-da I kursa qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüş keçirilmişdir.

Bu gün Milli Aviasiya Akademiyasında I kursa qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüş keçirilmişdir. Tələbələrlə görüş Pilotların Hazırlığı Mərkəzinin qarşısındakı toplantı meydançasında keirilmişdir. Bu görüş zamanı tərbiyəçi müəllimlər tələbələri “Azərbaycan Hava Yolları QSC Milli Aviasiya Akademiyası Tələbələrin Nizam-İntizamı və Daxili Davranış Qaydaları” əsasında təlimatlandırmış, qəbul imtahanı nəticələrinə görə təyin edilmiş qrup nümayəndələrini təqdim etmiş, akademiya ərazisi, tədris korpusları və s. tanış etmiş, təhsil dövrünə dair suallarını cavablandırmışlar. Milli Aviasiya Akademiyasının rəhbər heyəti və valideynlərlə görüş Tələbə Tədris Mərkəzinin akt zalında keçirilmişdir. Görüşü Milli Aviasiya Akademiyasının İctimaiyyətlə əlaqə üzrə prorektoru Şəmsəddin Əşrəf oğlu Axundov aparmışdır. Görüş zamanı MAA rektorunun köməkçisi, Rejim və tərbiyə işləri üzrə prorektoru t.e.d., prof. Ənvər Tapdıq oğlu Həzərxanov çıxış etmiş, akademiyadakı tədris  barəsində valideynlərə əsaslı məlumat vermiş və onları maraqlandıran suallara cavab vermişdir. Görüşdən sonra valideynlər üçün Milli Aviasiya Akademiyası ərazisində ekskursiya təşkil edilmiş, onlar övladlarının təhsil alacağı tədris mühiti ilə yaxından tanış olmuşdurlar.