(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Dövlət  Bayrağı Günü münasibətilə Milli Aviasiya Akademiyasında tədbir təşkil etdi

Azərbaycan Respublikasının Dövlət  Bayrağı Günü münasibətilə 7 noyabr 2018-ci il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi tədbir təşkil etdi. Tədbirdə Milli Aviasiya Akademiyasının tələbə və müəllim heyəti iştirak etdi.  Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova tədbiri açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni və ümummilli lideri Heydər Əliyevin dövlət bayrağı haqqında çıxışı səsləndirildi. Sonra “Tarixi yol keçmiş Azərbaycan bayraqları” adlı  fotosərgiyə baxış keçirildi və muzeyin əməkdaşı Rübabə Əbiyeva bayraqlar haqqında ətraflı məlumat verdi.  Daha sonra Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli çıxış edərək bayrağın dövlət əhəmiyyəti, Azərbaycanın dövlətçilik tarixində mövcud olmuş bayraqlar, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətinin siyasi əhəmiyyəti, Cümhuriyyət hokuməti  tərəfindən üçrəngli  bayrağın dövlət bayrağı elan edilməsinin önəmi, 100 illik tarixini qeyd etdiyimiz bayrağın müstəqil demokratik dövlətçiliyimizin əsas rəmzi kimi mahiyyəti, Sovet imperiyasının süqutu dönəmində azadlıq hərəkatımızın simvolu kimi dövlət müstəqilliyimizin bərpası ilə bayrağımızın yenidən rəsmi dövlət bayrağı elan edilməsi, ərazi bütövlüyümüz uğrundakı mübarizəmizdə, beynəlxalq arenada siyasi iradəmizin təmsilində önəmi haqqında məlumat verdi. Daha sonra Xalq şairi Nəriman Həsənzadə çıxış etdi.  Sonra Milli Aviasiya Akademiyasının tələbələrinin ifasında Cəfər Cabbarlının “Azərbaycan bayrağı” və Bəxtiyar Vahabzadənin “Bayraq” şeirləri oxundu.  Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət bayrağı haqqında çıxışı  nümayiş edildi.