(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Milli Aviasiya Akademiyasında tətbiq edilən Destiny Library Manager (Kitabxana – İdarəetmə Sistemi) istifadəçilərə açıqdır.

Milli Aviasiya Akademiyasında tətbiq edilən Destiny Library Manager müasir  Kitabxana – İdarəetmə Sisteminə qoyulan tələblərə tam cavab verən İnteqrasiya olunmuş Kitabxana Sistemidir.( Integrated Library System)

Milli Aviasiya Akademiyasının Kitabxanası öz işində Azərbaycan Respublikası Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununu, “Kitabxana işi haqqında” qanunu, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, MAA-ın əmr və sərəncamlarını rəhbər tutur. Sistem MARC21, ISO2709, UNICODE, Z3950 və digər standard və protokollar üzərində qurulub. Hal –hazırda Marc21 yazı formatı vasitəsilə elektron kataloqlaşdırma həyata keçirilir.

Kitabların biblioqrafik təsviri Dövlət standartına uyğun olaraq aparılır.  Kitablar

Universal Onluq Təsnifat, AACR – The Anglo – America Cataloging, Rules, RDA-Resource, Description and Access kimi biblioqrafik təsvir standartları vardır, kitabxana fondumuz Konqres kitabxanasının RDA təsnifatına əsasən təsnifləşdirilir. Burada əsas məqsəd axtarış imkanlarını genişləndirməkdən ibarətdir.

Kitabxananın məqsədi Akademiyanın profilinə və oxucuların informasiya tələbatına uyğun kitabxana fondunu zənginləşdirmək, rahat və səmərəli şəkildə avtomatlaşdırılmış kitabxana sistemindən istifadəni təmin etməkdir. Bu sistem ənənəvi kitabxana xidmətlərini güclü müasir idarəetmə mexanizmləri ilə inteqrasiya edərək böyük kataloqların avtomatlaşdırılması və idarəetmə imkanlarını genişləndirir. Bununla da kitabxanalar məlumatların aşkar edilməsində və çatdırılmasında yaranan çətinliklərin öhdəsindən asanlıqla gəlirlər. Kitabxananın elektron kataloqu 24/7 saatı oxucuya kitabxananın fondu ilə tanış olmağa, çoxaspektli axtarış vasitələri ilə ədəbiyyat axtarışını aparmağa və tapılmış ədəbiyyatı sifarış etməyə, ədəbiyyatın elektron nüsxəsi olduqda isə onu əldə etməyə imkan verir. Sistem müvəffəqiyyətlə quraşdırılıb, aşağıdakı linki keçid edərək sistemə giriş edə bilərsiniz.

Destiny Library Management System (Kitabxana İdarəetmə Sistemi) istifadə qaydası:

  • Sistemə giriş: Access Destiny naa.follettdestiny.com
  • Qeydiyyat: Log in Destiny
  • İstifadəçi adı və parol: User Name and Password

Follett Destiny axtarış üsulları:

  • Catalog Keyword, Title, Author, Subject, Series

Əlaqə:

gunel.shixaliyeva@naa.az  ,  gunel.shixaliyevamaa@gmail.com.

+994 12 497 26 00 (2031)