(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

«Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusunun elektron versiyası fəaliyyətə başlamışdır.

«Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusu artıq 20 ildir ki, nəşr olunur. 28 yanvar 2004-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə (№ 52) daxil edilmişdir.  İldə iki dəfə nəşr olunan bu elmi toplunun Azərbaycanda alim kadrların hazırlanmasında əhəmiyyətli rolu olmuşdur. Toplunun yaradılmasında elmimizin ağsaqqalı Milli Aviasiya Akademiyasının rektoru, “Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusunun Baş redaktoru akademik Arif Mir Cəlal oğlu Paşayevin əvəzolunmaz xidmətləri vardır. Sevindirici haldır ki, Respublikamızın inkişaf səviyyəsinin yüksəlməsinin nəticəsi olaraq gənclərimizin, xüsusi ilə də tələbələrimizin elmə marağı xeyli artmışdır. Müasir tələblərdən çıxış edərək toplunun əlavə olaraq elektron versiyasının (Link: naa.az/ws)  yaranması gənc alimlərin yetişdirilməsi istiqamətində uğurlu və mühüm addımdır.

«Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusunun redaksiya heyətinə, texniki  redaktorlarına  və  əməyi  olan   hər   bir   kəsə   Baş   redaktor   akademik   Arif Mir Cəlal oğlu Paşayevin adından və öz adımdan dərin minnətdarlığımızı bildirirəm.

Elmi ictimaiyətimizi  və xüsusilə aviasiya sahəsində çalışan elmi mütəxəssisləri  «Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusunun elektron versiyasının (Link: naa.az/ws) yaradılması münasibəti ilə ürəkdən təbrik edir və toplumuzda dərin məzmunlu elmi məqalələrlə çıxış etmənizi arzulayıram.

Xalqımıza uğurlu-xeyirli olsun, AMİN.

«Milli Aviasiya Akademiyasının Elmi Əsərləri»  toplusunun elmi redaktoru : t.e.d., prof. Rasim Nəsib oğlu Nəbiyev