(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Mülki Aviasiya Muzeyi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirildi.

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbiri Mülki Aviasiya Muzeyinin ekspozisiya şöbəsinin rəisi Elnaz Osmanova açdıqdan sonra Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra muzeyin böyük elmi işçisi Rübabə Əbiyeva Qarabağ münaqişəsinin tarixi kökləri və Xocalı faciəsinin dəhşətləri ilə bağlı çıxış etdi. Sonra Mülki Aviasiya Muzeyinin sifarişi ilə İctimai televiziyanın “Carçı film” studiyası tərəfindən Qarabağ müharibəsində iştirak etmiş veteran mülki təyyarəçilərimizə həsr olunmuş “Torpaq, səma, od” adlı sənədli film təqdim olundu. Tədbirin yekununda filmin gənclərə vətənpərvərlik hissini aşılamaq, cəsur təyyarəçilərimizin fədakarlıqlarını onlara örnək göstərmək məqsədilə hazırlandığı vurğulandı. Həmçinin, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması üçün dövlətimizin göstərdiyi səylərlə bərabər hər bir Azərbaycan vətəndaşının da bütün imkanlarını səfərbər etməsi zəruriliyi bir daha qeyd olundu.