(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

“Fevral məruzələri 2019″ – aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda IV beynəlxalq elmi-praktik gənclər konfransı

Milli Aviasiya Akademiyasının Tələbə Tədris Mərkəzində “Fevral məruzələri 2019″ – aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda IV beynəlxalq elmi-praktik gənclər konfransı öz işinə başladı.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Milli Aviasiya Akademiyası, Azərbaycan Mühəndislik Akademiyası və “Azərkosmos” ASC-nin təşkilatçılığı ilə keçirilən konfransda ABŞ, Türkiyə, Almaniya və Rusiyadan nümayəndələr iştirak edirlər.

İki gün davam edəcək konfrans çərçivəsində 7 bölmə üzrə mülki aviasiya və kosmik sahənin aktual problemlərinə həsr olunan 87 məruzə dinləniləcək. Həmçinin təyyarəqayırma, mühandis dizaynı sahəsində müasir informasiya texnologiyaları, hava nəqliyyatında təhlükəsizlik sahəsində Rusiya və Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə “dəyirmi masa”lar keçiriləcəkdir.

Foto qalereya