(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

2019/2020-ci tədris ili üçün Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasına (MAA) tələbə qəbulu qaydalarına müvafiq olaraq, MAA-nın 050616 “Uçuş mühəndisliyi” və 050615 “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər Heydər Əliyev Beynəlxalq Aeroportu Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasının Həkim-uçuş ekspert komissiyasında xüsusi tibbi müayinədən və “Psixofizioloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsindən, MAA-da isə “Fiziki hazırlıq” üzrə qabiliyyət müsabiqəsindən keçməlidirlər.

Abituriyentlərə Heydər Əliyev Beynəlxalq Aeroportu Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasına tibbi və psixofizioloji müayinə keçmələri üçün göndərişlər 2019-cu il mart ayının 27-dən aprel ayının 24-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 1000-dan  1600-a kimi MAA-nın Sənəd Qəbulu Komissiyasında veriləcək.

Tələb olunan sənədlər:

  1. Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti (üz və arxa tərəfləri eyni səhifədə).
  2. 6 ədəd 3×4 rəngli foto şəkil (açıq fonda).
  3. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışçı vəsiqəsi və ya Hərbi bilet (əsli və surəti).
  4. DİM səhifəsindən çap olunmuş Abituriyentin elektron ərizəsinin surəti.

Əlaqə telefonları: (+994 12) 456 08 04

(+994 12) 497 26 00 (əlavə: 23 49)

Telefonlar martın 27-dən aktiv olacaq.