(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

31 mart azərbaycanlıların soyqırımı gününün 101-ci ildönümü ilə bağlı Milli Aviasiya Akademiyasının tələbələrinin və əməkdaşlarının iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil etmişlər.

29 mart 2019-cu il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyası və Mülki Aviasiya Muzeyi 31 mart azərbaycanlıların soyqırımı gününün 101-ci ildönümü ilə bağlı Milli Aviasiya Akademiyasının tələbələrinin və əməkdaşlarının iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil etmişlər. Ekskursiya zamanı tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, kütləvi məzarlıq üzərinə tər qərənfillər düzərək soyqırım qurbanlarının xatirəsini yad etdilər.
Kompleksin əməkdaşı tərəfindən tələbələrə 1918-ci ildə baş vermiş tarixi cinayət haqqında ətraflı məlumat verildi, ermənilərin azərbaycanlılara, yerli dinc əhaliyə qarşı törətdikləri vandalizmin miqyası və dəhşətləri geniş şəkildə danışıldı. Sonra erməni vəhşiliklərini sübut edən tarixi sənədlər və fotoşəkillərdən ibarət ekspozisiyaya baxış keçirildi.