(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Mülki Aviasiya  Muzeyində 30 may 2019-cu il tarixində 1 İyun – Uşaqların  Beynəlxalq Müdafiə Günü və 2 iyun mülki aviasiya işçilərinin peşə bayramına həsr olunmuş  “Mənim kiçik təyyarəm” adlı tədbir keçirildi.

Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən  Mülki Aviasiya  Muzeyində 30 may 2019-cu il tarixində 1 İyun – Uşaqların  Beynəlxalq Müdafiə Günü və 2 iyun mülki aviasiya işçilərinin peşə bayramına həsr olunmuş  “Mənim kiçik təyyarəm” adlı tədbir keçirildi.Tədbirdə akademiyanın Rejim və tərbiyə işləri üzrə prorektoru,  Ənvər Həzərxanov, İctimaiyyətlə əlaqələr üzrə prorektoru Şəmsəddin Axundov,  akademiyanın “Dil və ictimai fənlər” kafedrasının müdiri Nəriman Həsənzadə, Şöhrət ordenli təyyarəçi Əzimbala Əzimov,  tələbələr və Kəlbəcər rayonu 37 saylı orta məktəbin və Xətai rayonu 55 saylı orta məktəbinin xüsusi siniflərində təhsil alan  şagirdləri iştirak etdi.

Tədbiri Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov açaraq, uşaqları bayram münasibətilə təbrik etdi. Daha sonra muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova  öz çıxışında tədbirin əhəmiyyətindən bəhs edərək, diqqətə çatdırdı ki, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq, onları diqqətdən kənarda qoymamaq hər bir vətəndaşın borcudur və təşkil edilmiş bu tədbir də  uşaqların xatirəsində xoş bir iz buraxacaqdır. Daha sonra muzeyin  hazırladığı “Mülki Aviasiya muzeyi uşaqların gözü ilə” adlı fotosərgiyə, həmçinin  məktəblilərin  muzeyə hədiyyə etdikləri aviasiya mövzusuna həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi. Firəngiz Hüseynova sərgidə  xüsusi  əl bacarığı nümayiş etdirən şagirdlərə təşəkkürnamə təqdim etdi.

Bayram tədbiri akademiyanın aviamodelçilik dərnəyinin hazırladığı aviamodellərin təqdimi və bu kiçik modellərin hazırlığı ilə bağlı ustad dərsinin keçirilməsi, həmçinin musiqi sədaları altında akademiyanın tələbələrinin dərnəkdə  hazırladığı aviamodellərın ən yaxın məsafədən uçuş-şousunun  nümayişi ilə davam etdi. Tədbirin sonunda  iştirakçılar üçün xüsusi  çap edilmiş şarların  səmaya buraxılması və kiçik hədiyyələrin təqdim edilməsi uşaqların böyük sevincinə səbəb oldu.