(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

DİQQƏT! TƏLƏBƏ VƏ MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ!

Əziz tələbələr və müəllimlər. 2018/19-cu tədris ili yay imtahan sessiyası 03 iyun 2019-cu il tarixindən etibarən başlanır. İmtahanlar əyani fakültələr üzrə saat 9.00-da, qiyabi fakültə üzrə isə saat 11.00-da başlanır. Imtahan verən tələbələrdən xahiş olunur ki, imtahanlara gələn zaman tələbə bileti və məqbul kitabçasını mütləq özləri ilə götürsünlər. İmtahanla əlaqəli əlavə suallar yarandıqda fakültə dekanlıqlarına və Hesablama Mərkəzinə müraciət etmək lazımdır. İmtahanı keçən fənn müəllimlərinin imtahan prosesində müşahidəçi statusunda iştirakı vacibdir.