(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Milli Aviasiya Akademiyasının İngilis dilində hazırlıq fakültəsinin müəllimləri I Beynəlxalq TESOL konfransında iştirak etmişdirlər.

İngilis dili müəllimləri üçün nəzərdə tutulmuş konfransın məqsədi müəllimlərin tədris bacarıqlarının inkişaf etdirilməsi, bu sahədə Böyük Britaniya təcrübəsindən istifadə olunması, TESOL sertifikatının əldə edilməsi qaydalarının öyrənilməsi, bu sertifikatın müəllimlərin fəaliyyətinə yönəlmiş müsbət təsirini öyrənmək idi.

Beynəlxalq Müstəqil Məktəblər Birliyinin Regional Direktoru (İnternational İndependent Schools Authority) M.T. Ozman qonaqları salamladıqdan sonra  TESOL Oxfordun tədris direktoru S.Birjan çıxış edərək TESOLun təlim proqramı və onun müəllimlərin fəaliyyətində, tələbələrin qiymətləndirilməsi sistemdə və tədrisin keyfiyyətinin artırılmasında olan rolunu qeyd etmişdir.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.