(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Milli Aviasiya Akademiyasına qəbul olanların qeydiyyatı

15-27avqust 2019-cu il tarixlərində şənbə və bazar günləri istisna olmaqla,

saat 10:00-dan 17:00-dək Milli Aviasiya Akademiyasının(MAA) Sənəd Qəbulu Komissiyasında aparılacaqdır.

 Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərin

SİYAHISI

1. Təhsil haqqında sənədin əsli (tam orta təhsil haqqında attestat, orta və ya ali təhsil haqqında diplom)
2. Şəxsiyyəti təsdiq edən sənədin əsli və 3 ədəd surəti(üz və arxa tərəfləri eyni səhifədə)
3. 8 ədəd 3×4 rəngli fotoşəkil (açıq fonda)
4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışçı Vəsiqəsi və ya Hərbi Bilet (əsli və surəti)
5. Sağlamlıq haqqında tibbi arayış (Uçuş mühəndisliyi və Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi ixtisasları istisna olmaqla)
6. Ödənişli əsaslarla qəbul olunanlar üçün – bir illik təhsil haqqının ödəniş qəbzinin əsli və surəti (Ödəniş yeri: H.Əliyev Beynəlxalq Aeroportu, Cənub terminalı, Azərbaycan Beynəlxalq Bankının şöbəsi)
7. Abituriyentin elektron ərizəsinin çap olunmuşsxəsi

 ​Qeyd:

1. Qeydiyyat üçün abituriyent nömrəsini və DİM-in səhifəsində şəxsi kabinetə giriş üçün parolu (Fərdi İdentifikasiya Nömrəsi – FİN) təqdim  etməlidir.
2. Abituriyent yuxarıda göstərilən müddətdə qeydiyyatdan keçməsə, bu onun müvafiq ixtisasa yerləşməsindən imtina kimi qiymətləndiriləcək.
3. Milli Qəhrəmanların, Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin övladları bu barədə müvafiq təsdiqedici sənədləri təqdim etməlidirlər.
4. Məcburi köçkün və Qaçqın statusuna malik abituriyentlər “Məcburi köçkün” və ya “Qaçqın” vəsiqəsinın əslini və surətini təqdim etməlidirlər.
5. Valideyn himayəsindən məhrum olan, valideynlərindən birini itirən və digəri əlil olan abituriyentlər bu barədə müvafiq təsdiqedici sənədləri təqdim etməlidirlər (ölüm haqqında şəhadətnaməninəsli və sürəti, AR-nin ƏƏSMN, 7 sayli Tibbi-Sosial Ekspert Komissiyasının verdiyi arayışın əsli və sürəti).

 MAA-nın Sənəd Qəbulu Komissiyası