(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Milli Aviasiya Akademiyamızda yeni qəbul olan tələbələr və valideynləri üçün “Tanıtım günü” keçirildi.

Bu gün Akademiyamızda yeni qəbul olan tələbələr və valideynləri üçün “Tanıtım günü” keçirildi.
Tədbirdə Akademiyanın müəllim və rəhbər heyəti iştirak etdi. Rektorun köməkçisi, Rejim və tərbiyə işləri üzrə prorektor Ənvər Həzərxanov,Tədris işləri üzrə prorektor Ədalət Səmədov, Dil və ictimai fənlər üzrə kafedra müdiri, əməkdar incəsənət xadimi Nəriman Həsənzadə və digər prorektorlar çıxış edərək 1-ci kurs tələbələrini Akademiyanın strukturu, daxili nizam-intizam, davranış qaydaları, imtahanlar və digər məsələlər ilə hərtərəfli tanış etdilər.

Daha sonra Rejim və tərbiyə işləri üzrə prorektor Ənvər Həzərxanov valideynləri maraqlandıran aktual sualları cavablandırdı.
Tədbirdən sonra valideynlər və tələbələr akademiyanı gəzərək, bölmələr, idman kompleksi və tələbə şəhərciyi ilə yaxından tanış oldular.

Xatırladaq ki, görüş sentyabrın 13-də saat 09:00-dan davam edəcək.