(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

VI Bakı Beynəlxalq Kitab Sərgi- Yarmarkası keçirildi. 81-dən çox yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatların iştirakı ilə yanaşı Milli Aviasiya Akademiyasının rolu xüsusi olmuşdur.

VI Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası

Baku International Book Fair

27-29 SENTYABR 2019- ci ildə VI Bakı Beynəlxalq Kitab Sərgi- Yarmarkası keçirildi. Bakı İdman Sarayında keçirilən sərgi-yarmarkada 81-dən çox yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatların iştirakı ilə yanaşı  Milli  Aviasiya  Akademiyasının  rolu xüsusi olmuşdur. VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşdur. Sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər keçirildi. Milli Aviasiya Akademiyasının kitabxanasının  sərgidə uğurlu iştirakı həyata keçirildi. Keçirilən aksiyada məqsədimiz oxuduğumuz kitabları başqa kitabsevərlərlə paylaşmaq, elmə, təhsilə, mütaliəyə marağı daha da artırmaqdır. Kitabxanamız cəmiyyətdə mütaliənin təbliği, kitabxanalara  ictimai marağın artırılması, yerli və xarici nəşriyyatlar arasında sıx əlaqələrin qurulması, yeni imzaların və müəlliflərin tanınması, mövcud sahədə gedən proseslərin öyrənilməsi baxımından geniş imkanlar açır. Sərgi ilə yaxından maraqlanan iştirakçılar Milli  Aviasiya  Akademiyasının nəşrləri – hava nəqliyyatının uçuş istismarı, hava nəqliyyatının texniki istismarı, elektronika, telekommunikasiya, radiotexnika, informasiya texnologiyaları cihazqayırma, ekologiya, hidrometeorologiya, menecment, iqtisadiyyat, hüquqşünaslıq, kosmik texnika, aviasiya texnikası, xüsusi avadanlıqları və cihazları, fizika, riyaziyyat, kimya, meteorologiya, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi  və s. digər kitablar, Milli Aviasiya Akademiyasının nəşrləri, “Fevral məruzələri” , “Elmi məcmuələr” jurnalı ilə yaxından tanış olub, onları maraqlandıran suallara cavab almaq imkanı əldə etdilər.

Tədbirin açılışında çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda keçirilən kitab sərgi-yarmarkasına böyük marağın olduğunu deyib. Son illər Azərbaycanda beynəlxalq tədbirlərin mütəmadi olaraq keçirilməsini yüksək qiymətləndirən Əbülfəs Qarayev belə tədbirlərin dünya ictimaiyyəti tərəfindən də rəğbətlə qarşılandığını qeyd edib. Nazir qeyd edib ki, Azərbaycan dövləti nəşriyyat-poliqrafiya sahəsinin inkişafına qayğı göstərir: “Əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərin icrasını vaxtında təmin etmək, gənc nəslin kitaba maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir. Bu istiqamətdə görülən işlər Prezident İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi və dünya ədəbiyyatının Azərbaycan dilində çap edilməsi haqqında imzaladığı müvafiq sərəncamlara uyğun olaraq gerçəkləşdirilir”.

Kitab sərgisində müxtəlif mətbuat orqanları  Akademiyamızın nəşrləri ilə yaxından tanış olmuş, fotolentə almışlar. Sərgidə uğurlu iştirakına görə Milli Aviasiya Akademiyası Diplomla mükafatlandırıldı.