(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası 2019-2020-ci tədris ilində “Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) kursları” na qəbul elan edir.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası 2019-2020-ci tədris ilində “Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) kursları” na qəbul elan edir.

Kursların müddəti 21 aydır.

Tədris ödənişlidir.

Təhsil haqqı 3000 manat təşkil edir.

Tədris azərbaycan, rus və ingilis dillərində aparılır.

Tələblər:

Kurslara 18 yaşından 32 yaşınadək tam orta, orta ixtisas və ya ali təhsilli, texnika ilə işləmək həvəsi və bacarığı olan, ingilis dilini orta və ya əla səviyyədə bilən, sağlamlıq vəziyyətinə görə uyğun gənclər qəbul edilir.

Kurslara qəbulla bağlı həm fiziki, həm də hüquqi şəxslər müraciət edə bilərlər.

Kurslara qəbul Müsahibə komissiyasının rəyi əsasında iddiaçılarla keçirilən müsahibələrin nəticələrinə görə aparılacaqdır.

Müsahibə komissiyası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin  (QSC), Milli Aviasiya Akademiyasının, “Silk Way Aviaşirkəti” və “Silk Way Helicopter Services” MMC-nin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin aparıcı mütəxəssislərindən təşkil olunacaqdır.

Dinləyicilərin bir qisminin təhsili onlarla bağlanmış müqavilələr əsasında sifarişçilər tərəfindən maliyyələşdiriləcək.

Müvəffəqiyyət göstəriciləri yüksək olan dinləyicilərə təhsil haqqının ödənişində güzəştlər olunacaqdır.

Kursları müvəffəqiyyətlə bitirmiş və ixtisas imtahanlarından uğurla keçmiş şəxslərə, Azərbaycanın Aviasiya Qaydaları (AAQ-147) əsasında fəaliyyət göstərən Texniki xidmət üzrə “Təsdiqlənmiş təlim təşkilatı”nın Sertifikatı veriləcəkdir.

Sertifikat almış şəxslər Azərbaycan Hava Yolları QSC-də, “Silk Way Aviaşirkəti” MMC-nin “Silk Way Technics” filialında, “Silk Way Helicopter Services” MMC-də və digər aviasiya müəssisələrində müvafiq peşə kateqoriyaları üzrə işlə təmin olunacaqlar.

Hava gəmilərinə Texniki xidmət müəssisələrində işləyən şəxslərə təcrübəsindən və ixtisasından asılı olaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 1-ci Əlavəsinin və Hava gəmilərinin uçuşa yararlığının saxlanılması üzrə Azərbaycanın Aviasiya Qaydalarının (AAQ-66) tələblərinə uyğun “Hava gəmilərinə texniki xidmət göstərən personalın şəhadətnaməsi” veriləcəkdir.

Kateqoriyalar haqqında Hava gəmilərinə texniki xidməti “Hava gəmisinə texniki xidmət üzrə personalın Şəhadətnaməsi”-nə malik şəxslər yerinə yetirir. Azərbaycanın Aviasiya Qaydalarının (AAQ-66) tələblərinə uyğun olaraq bu texniki personal aşağıda göstərilən kateqoriyalara bölünür:
A kateqoriyası – hava gəmilərinə texnikİ xidmət göstərən və məhdud sayda işlərin (əsasən sadə defektlərin aradan qaldırılması və vizual yoxlamalar) yerinə yetirilməsinə icazəsi olan aviatexnik kateqoriyasıdır;
B1 kateqoriyası – uçuş aparatlarına və aviasya mühərriklərinə (təyyarənin planeri, şassisi, mexaniki, hidravlik, pnevmatik, elektromexaniki funksional və energetik sistemləri, güc qurğularının sistem və elementləri və s.) texniki xidmət göstərən aviatexnik – mexanik kateqoriyasıdır;
B2 kateqoriyası – hava gəmilərinin elektrik, radio, cihaz avadanlıqlarına və elektronika qurğularına (enerji mənbələri, elektrik təchizatı, naviqasiya və rabitə avadanlıqları, uçuşun avtomatik idarəetmə sistemləri, bort kompüter qurğuları və s.) texniki xidmət göstərən aviatexnik – avionik kateqoriyasıdır ;
C kateqoriyası – Hava Gəmisinin Baza/Vaxtaşırı Texniki xidmətindən sonra istismara (uçuşa) buraxılması haqqında qərar verən texniki xidmət personalıdır.
Milli Aviasiya Akademiyasının nəzdində Azərbaycanın Aviasiya Qaydaları (AAQ-147) əsasında fəaliyyət göstərən Texniki xidmət üzrə “Təsdiqlənmiş Təlim Təşkilatı”nın aviatexniklərin B1/B2 kateqoriyaları üzrə hazırlığı kurslarını müvəffəqiyyətlə bitirmiş şəxslərə AAQ-147 qaydalarının tələblərinə uyğun xüsusi sertifikat verilir.
Bu sertifikat Mülki Aviasiya Agentlyi tərəfindən verilən “Hava gəmisinə texniki xidmət üzrə personalın Şəhadətnaməsi”-nin alınması üçün əsas şərtlərdən biridir.

Müraciət etmə vaxtı: Sənədlərin qəbulu 7 oktyabr – 1 noyabr 2019-cu il tarixlərində aparılacaqdır.

Ünvan: AZ-1045, Bakı şəhəri, Mərdəkan prospekti, 30, Milli Aviasiya Akademiyası, Sənəd qəbulu komissiyası.

Məsul katib: Toğrul Kərimli

Telefon: 497-26-00 əlavə: 21-39; 23-49.

Sənədlərin qəbulu üzrə məsul şəxs: İlham Muradov

Telefon: 497-26-00 əlavə; 20-29; 28-74.

Mütəxəssis: Viktoriya Novruzova

Telefon: 437-47-97 əlavə; 45-11; 497-26-00 əlavə; 37-69.

Qeyd: Əlavə məlumatlar və tələb olunan sənədlərin siyahısı Milli Aviasiya Akademiyasının rəsmi elektron səhifəsində (www.naa.az) yerləşdiriləcəkdir.

İddiaçılar eyni zamanda aşağıdakı elektron poçt ünvanlarından da istifadə edə bilərlər:

mto.apply@naa.az  – qəbul üçün sənədlərin göndərilməsi ünvanı;

mto.info@naa.az     – sualların cavablandlırılması üçün ünvan.

“Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə texnik-mexanik (B-1) və texnik-avionik (B-2) kursları”na qəbul üçün tələb olunan sənədlərin

SİYAHISI

  1. Şəxsiyyəti təsdiq edən sənədin əsli (Şəxsiyyət vəsiqəsi)
  2. Təhsil haqqında sənədin əsli (tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənəd –attestat və ya diplom)
  3. Milli Aviasiya Akademiyasının rektorunun adına ərizə
  4. Xasiyyətnamə (son iş yerindən və ya təhsil müəssisəsindən)
  5. Tərcümeyi-hal
  6. Anket (yüklə)
  7. Fotoşəkil 3×4, 6-8 ədəd
  8. Tibbi arayış
  9. Dil, peşə və texniki hazırlığı təsdiq edən sertifikatlar və digər sənədlər

Qeyd: iddiaçılar sənədlərini MAA-ya I-V günlər saat 1430-dan 1630-a qədər təqdim edə bilərlər.