(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) kurslarına qəbul üzrə müsahibə üçün mövzular və bilet nümunələri

Elementar Riyaziyyatdan mövzular

Hesab. Riyazi terminlər və işarələr, vurma və bölmə metodları, kəsrlər, qüvvət və kök, nisbətlər, orta qiymətlər və faizlər, sahələr və həcmlər, kvadrat və kub köklər.

Cəbr. Sadə cəbri ifadələr üzərində əməliyyatlar: toplama, çıxma, vurma və bölmə, mötərizələrin açılması.

Sadə cəbri funksiyalar. Qrafik anlayışı: qrafiklərin mahiyyəti və onlardan istifadə. Funksiyanın qrafiki. Xətti tənliklər və onların həlli. Cəbri tənliklər sistemi. Bir və iki məchullu tənliklər sistemi. Loqarifmlər.

Həndəsə. Sadə həndəsi fiqurlar. Planimetriya və stereometriya: üçbucaqlar, düzbucaqlı, paraleloqram, trapesiya, kub, paralelepiped, sfera, konus. Triqonometriya: triqonometrik funksiyalar. Düzbucaqlı koordinat sistemi.

Qeyd: göstərilən mövzular üzrə elementar misal və məsələlər veriləcəkdir.

Fizikanın əsaslarından mövzular və suallar

  1. Mövzular:

Düxətli bərabərsürətli və dəyişənsürətli hərəkət. Çevrə üzrə bərabərsürətli hərəkət. Nyuton qanunları. Ümumdünya cazibə qanunu. Ağırlıq qüvvəsi. Cismin cəkisi. Ağırlıq qüvvəsinin təsiri altında hərəkətlər. Birinci kosmik sürət. Elastiklik qüvvəsi, sürtünmə qüvvəsi. Statikanın əsasları. İmpuls. Enerji. Saxlanma qanunları. Mexaniki iş. Güc.

Mövzular üzrə suallar:

Beynəlxalq Vahidlər Sistemi;  Sürət; Təcil; Düzxətli bərabərtəcilli  hərəkət; Əyrixətli hərəkət; Əyrixətli hərəktdə təcil; Ümumdünya cazibə qüvvəsi; Cismin çəkisi; Çəkisizlik; Sərbəstdüşmə hərəkəti və təcili; Nyutonun birinci qanunu; Nyutonun ikinci qanunu; Nyutonun üçüncü qanunu; İmpulsun saxlanması qanunu;  Qüvvə; Mexanikanın qızıl qaydası; Mexaniki iş; Faydalı iş əmsalı; Mərkəzəqaçma qüvvəsi; Bucaq altında atılmış cismin hərəkət trayektoriyası; Birinci kosmik sürət; Enerjinin saxlanması qanunu; Cismin potensial enerjisi; Kinetik enerji; Sürüşmə sürtünmə qüvvəsi; Huk qanunu.

  1. Mövzular:

Aerohidrostatika. Aerohidrodinamika. Molekulyar-kinetik nəzəriyyənin əsasları. İdeal qaz qanunları. Termodinamikanın əsasları. Bərk cisimlərin və mayelərin xassələri.

Mövzular üzrə suallar:

Cismin aqreqat halları; İdeal qazın hal tənliyi; Qaz qanunları; Sıxlıq; Təzyiq; Kapilyarlıq hadisəsi; Səthi gərilmə; Birləşmiş qablar; Arximed qüvvəsi; Hava şarlarının uçma şərti; Cisimlərin mayedə üzmə şərti; Paskal qanunu; Qazlar üçün Boyl-Mariott, Şarl, Gey-Lüssak qanunları; Bernulli qanunu; Atmosfer təzyiqinin ölçülməsi; Mayelərdə qaynama; Xüsusi istilik tutumu.

  1. Mövzular:

Elektrik yükü. Elektrik sahəsi. Elektrik tutumu. Elektrik sahəsinin enerjisi. Sabit cərəyan qanunları. Müxtəlif mühitlərdə elektrik cərəyanı. Maqnit sahəsi. Maqnit induksiyası. Yüklü zərrəciklərin maqnit sahəsində hərəkəti. Lorens quvvəsi. Elektromaqnit induksiyası. Maqnit sahəsinin enerjisi. Dəyişən elektrik cərəyanı.

Mövzular üzrə suallar:

Elektrik yükü; Dəyişən və sabit cərəyan; Amper qüvvəsi;  Kulon qanunu; Om qanunu; Elektrik müqaviməti; Tutum müqaviməti; İnduktiv müqavimət; Elektrik tutumu; Ardıcıl və paralel birləşmələrdə müqavimətlərin, cərəyanların və elektrik tutumlarının cəmi; İnduktivlik; Maqnit seli; Elektrik hərəkət qüvvəsi; Elektromaqnit induksiya qanunu; Maqnit induksiyası; Transformator; Elektrik və maqnit sahəsinin intensivliyi; İfrat keçiricilik; Elektrik dövrəsində rezonans şərti.

  1. Mövzular:

Mexaniki rəqslər və dalğalar. Elektromaqnit rəqsləri və dalğaları.

Mövzular üzrə suallar:

Rəqslərin periodu, amplitudu və tezliyi; Səsin mühitdə yayılması; Rəqsi dalğaların interferensiyası; Elektromaqnit dalğaların yayılması.

  1. Mövzular:

Həndəsi optika. Dalğa optikası.

Mövzular üzrə suallar:

İşıq sürəti; İşığın yayılması; İşığın əks olunması və sınması; İşığın sınma əmsalı; İşıq dalğalarının dispersiyası; İşıq dalğalarının difraksiyası.