(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Milli Aviasiya Akademiyasında AAQ-147 “Texniki xidmət üzrə təlim və imtahan təşkilatı”nın 2019-2020-ci tədris ilinə “Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) kursları”na qəbul ilə bağlı keçirilimiş müsahibənin nəticələri.

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında

AAQ-147 “Texniki xidmət üzrə təlim və imtahan təşkilatı”nın

2019-2020-ci tədris ilinə “Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) kursları”na

qəbul ilə bağlı keçirilimiş müsahibənin

nəticələri haqqında

Milli Aviasiya Akademiyasının “Texniki xidmət üzrə təlim və imtahan təşkilatı”nda Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) kurslarına 04 oktyabr – 01 noyabr 2019-cu il tarixləri müddətində aparılmış sənəd qəbulundan sonra 12 və 14 noyabr tarixlərində rəsmi müraciət etmiş namizədlərlə müsahibələr keçirilmişdir.

Müsahibələrdən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı aşağıda qeyd olunan linkdə yerləşdirilmişdir:

Qeyd: müsahibənin nəticələri ilə əlaqədar suallarınızı ünvanlaya bilərsiniz:

Telefon: 497-26-00 əlavə: 21-39; 23-49. Toğrul Kərimli; e-mail: mto.info@naa.az

 Müsahibədən müvəffəqiyyətlə keçən şəxslərin nəzərinə:

Siz Heydər Əliyev Beynəlxalq Aeroportunun Tibbi-sanitar İdarəsində tibbi müayinədən keçməlisiniz. Bunun üçün 2019-cu il noyabrın 19-dan etibarən məsul katib Toğrul Kərimli ilə əlaqə saxlayaraq, rəsmi göndəriş götürməniz lazımdır. Tibbi müayinəyə şəxsiyyət vəsiqəsi və hərbi bilet tələb olunur.

Eyni zamanda Azərbaycan Aviasiya Qaydalarında (AAQ-147) qeyd olunmuş bəndləri diqqətinizə çatdırırıq.

AAQ-147 qaydalarının, eləcə də təşkilatın daxili təlimat və prosedurlarının tələblərinə əsasən:

  • AAR 147.200 (f) 2:

The minimum participation time for the trainee to meet the objectives of the course should not be less than 90 % of the tuition hours (Tədris edilən təlim materiallarının tam mənimsənilməsi üçün dinləyicilərin təlimdə minimal iştirak müddəti tədris saatlarının 90% -dən az olmamalıdır.)

  • AAR-147 Appendix II. Basic Examination Standard

1.11. A failed module may not be retaken for at least 90 days following the date of the failed module examination (Hər hansı bir modul (fənn) üzrə imthan zamanı lazımi nəticə (min. 75%) göstərilmədikdə, eyni modul (fənn) üzrə imtahan yalnız 90 gündən sonra verilə bilər);

1.13. The maximum number of consecutive attempts for each module is three. Further sets of three attempts are allowed with a 1 year waiting period between sets (Hər bir modul üzrə imtahanda iştirak üçün yalnız 3 cəhdə icazə verilir. Sonrakı 3 cəhd isə 1 il gözləmə müddəti ilə yerinə yetirilə bilər)

 Xahiş edirik qaydalarda göstərilmiş bu şərtləri nəzərdən keçirəsiniz. Qaydaların tam mətnləri ilə Mülki Aviasiya Agentliyinin saytında aşağıda qeyd olunan linkdən tanış ola bilərsiniz:

www.caa.gov.az/index.php?option=com_k2&view=item&id=452:air&Itemid=174&lang=en

Tibbi müayinədən keçmiş və yuxarıda qeyd olunan şərtlərlə razı olan dinləyicilərlə rəsmi müqavilə imzalanacaq və cari ilin dekabrından dərslərə başlanılacaqdır.

Sizə uğurlar arzulayırıq!