(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Milli Aviasiya Akademiyasının AAQ-147 “Texniki xidmət üzrə təlim və imtahan təşkilatı”nda təhsil alacaq tələbələrin nəzərinə

Məlumat üçün bildiririk ki, Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) kursları üzrə tədris 10 dekabr 2019-cu il tarixindən başlayacaq.

Qeyd edilən tarixdə saat 10:00-da Milli Aviasiya Akademiyasının Sənəd qəbulu komissiyasının otağına gəlməyiniz xahiş olunur. Tədris qrafiki, təhsil haqqının ödənilməsi ilə əlaqədar məlumatlar və eləcə də digər zəruri informasiya 10 dekabr tarixində Sizlərin diqqətinə çatdırılacaq.

Milli Aviasiya Akademiyasını seçdiyiniz üçün Sizə səmimi təşəkkürümüzü bildiririk!

Sizi təbrik edir və uğurlar arzulayırıq!