(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” V beynəlxalq elmi-praktiki gənclər konfransı.

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

“AZƏRBAYCAN HAVA YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

MİLLİ AVİASİYA AKADEMİYASI

AZƏRBAYCAN MÜHƏNDİSLİK AKADEMİYASI

“AZƏRKOSMOS” ASC

V beynəlxalq elmi-praktiki gənclər konfransı

 

Fevral məruzələri – 2020: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı

(3-5 fevral 2020-ci il)

 

Əziz tədqiqatçılar!

Sizi “Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” V beynəlxalq elmi-praktiki gənclər konfransına dəvət edirik.

Konfrans plenar məruzələrdən və paralel bölmələrdən ibarət olacaqdır.

Konfrans çərçivəsində həmçinin aparıcı mütəxəssislərin ustad-dərsləri, dəyirmi masalar, sərgilər və bədii proqramlar nəzərdə tutulmuşdur.

Konfrans Milli Aviasiya Akademiyasında keçiriləcəkdir.

KONFRANSIN BÖLMƏLƏRİ:

  1. Perspektiv aviasiya və kosmik texnologiyaları
  2. Aviakosmik problemlərin həllində İKT
  3. Radioelektronika
  4. Aerokosmik monitorinq
  5. Fizika-kimya texnologiyaları
  6. Aviasiya təhlükəsizliyi
  7. Nəqliyyatın iqtisadiyyatı və idarə edilməsi
  8. Aviakosmik sahənin hüquqi və humanitar məsələləri
  9. Nəqliyyat və logistika

MATERİALLARIN TƏRTİBİNƏ DAİR TƏLƏBLƏR

Məqalə (tezis) mətni Azərbaycan, ingilis və ya rus dillərində, MS Word proqramında 1,0 intervalla, A4 formatda, Times New Roman 12 şriftində, səhifənin kənarları 2 sm olmaqla təqdim edilir. Məqalənin ümumi həcmi 4 səhifədən çox olmamalıdır. Məqalələr elektron poçt vasitəsilə əlavədə fayl şəklində qəbul ediləcəkdir. Məqalələrin mətnləri növbəti qeyd olunan hissələrdən ibarət olmalıdır: a) Məqalənin adı (baş hərflərlə); b) Müəlliflərin inisialları; c) Müəssisə, şəhər, e-mail, 3×4 ölçüdə şəkil; d) Məqalənin mətni; e) İstifadə olunmuş ədəbiyyat; f) annotasiya.

Ədəbiyyat siyahısında hər bir istinad mənbənin adı məqalədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnir.

Məqalədə cədvəl və şəkillər növbəti formada nömrələnir: mətndən 1,0 interval buraxılmaqla cədvəlin yuxarısında, ortadan (məs., “Cədvəl 1. Cədvəlin adı”), şəklin altında, ortadan (məs., “Şəkil 1. Şəklin adı”).

Azərbaycan və rus dillərində olan materiallara, əlavə olaraq ingilis dilində məqalənin adı, müəllifin s.a.a., göstərilməklə qısa annotasiya (500 çap simvoluna qədər) təqdim olunmalıdır. İngilis dilində olan məqalələrə rus dilində annotasiya yazılmalıdır.

Məqalədə verilən məlumatlara görə müəllif məsuliyyət daşıyır.

Konfransda çıxış etməyən müəlliflərin məqalələri, eləcə də təşkilat komitəsinin üzvləri tərəfindən müsbət rəy almayan və ya konfransın şərtlərinə uyğun olmayan materiallar topluda çap olunmayacaq.

Materiallar aşağıdakı elektron ünvanlara 15 yanvar 2020-cu il tarixinə kimi göndərilməlidir:

e-mail: fr2020@naa.az

mukhtarov431@gmail.com (Ramil Muxtarov)

Materialın qəbul olunması haqqında müəlliflərə 25 yanvar 2020-cu il tarixinə kimi məlumat veriləcəkdir.

Konfransda magistrantlar, doktorantlar və gənc tədqiqatçılar iştirak edə bilər.

Konfrans materiallarının dərci MAA-nın hesabına həyata keçirilir.

Konfransın dili: Azərbaycan, rus və ingilis.

MƏQALƏNİN TƏRTİBATI NÜMUNƏSİ

 

ƏLAQƏ ÜÇÜN REKVİZİTLƏR:

 

Konfransın məsul katibləri:

Abdullayev Xəqani

tel. (+ 994 12) 556-51-13 (xidməti)

(+ 994) 50 610-64-73 (mob.)

е-mail: kh.abdullayev@naa.az

khagani61@gmail.com

 

Dadaşov Fuad

tel. (+994 12) 497-26-76 (xidməti)

(+ 994) 55 868-51-62 (mob.)

е-mail: dfh54@rambler.ru

 

Katib:

Muxtarov Ramil

tel: (+994) 55 785 77 72 (mob.)

е-mail: mukhtarov431@gmail.com

 

Ünvan: AZ1045, Bakı, Mərdəkan pr. 30, Milli Aviasiya Akademiyası