(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Sabah Milli Aviasiya Akademiyasında 2019/20ci tədris ili qış imtahan sessiyası başlanır.

Əziz tələbələr!  28 dekabr 2019-cu il tarixindən etibarən 2019/20ci tədris ilinin qış imtahan sessiyası başlanır. İmtahların əyani fakültə tələbələri üçün saat 9.00-dan, qiyabi fakültə tələbələri üçün isə saat 10.00-dan başlanması nəzərdə tutulur. Tələbələrdən xahiş olunur imtahana gələrkən tələbə bileti və məqbul kitabçasını mütləq özləri ilə götürsünlər,  MAA tələbə nizam-intizam qaydalarına uyğun olaraq geyim və səliqələrinə diqqət etsinlər.  Üzrlü səbəbdən tələbə bileti yaxud məqbul kitabçası olmayan tələbələr fakültə dekanlığının icazəsi ilə imtahana buraxılacaqlar.

İmtahan zamanı yarana biləcək hər hansı bir narahatçılıqla əlaqədar tələbələr imtahan komissiyasına, Hesablama Mərkəzinin rəisinə, fakültə rəhbərliyinə  və imtahan prosesində iştirak edən nəzarətçi müəllimlərə müraciət edə bilərlər.

İmtahan olacaq fənnlərin müəllimlərindən xahiş olunur imtahan prosesində aktiv iştirak etsinlər.