(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

“Azərkosmos” kosmik sahə üzrə elmi məqalə müsabiqəsini elan edir!

“Azərkosmos” ASC kosmik sahədə ixtisaslaşan, o cümlədən bu sahəyə marağı olan şəxsləri kosmik sahə üzrə keçirilən elmi məqalə müsabiqəsində iştirak etməyə dəvət edir .
Müsabiqə elmi işləri və ya məqalələri 12-16 oktyabr 2020-ci il tarixlərində BƏƏ-nin Dubay şəhərində keçiriləcək kosmik elm və texnologiya sahəsinin ən böyük tədbiri olan Beynəlxalq Astronavtika Konqresində təqdim etmək imkanı verəcək.
Müsabiqə “Azərkosmos”un bu ilki tədbirdə yüksək ixtisaslı mütəxəssislərdən ibarət nümayəndə heyəti ilə təmsil olunması məqsədilə keçirilir. İştirak etmək üçün kosmik sahə üzrə elmi məqalələrinin xülasəsini 31 yanvar 2020-ci il tarixinə kimi göndərə bilərsiniz.
Ən yaxşı elmi məqalələrin müəlliflərinin viza, səyahət sığortası, nəqliyyat və yaşayış xərcləri, qeydiyyat və elmi məqalələrin nəşri və iştirak haqları da daxil olmaqla bütün xərcləri “Azərkosmos” tərəfindən qarşılanacaq.
Ətraflı : http://azercosmos.az/files/other/f73945795b0f38b12df310e4abf149b8.pdf