(+994 12) 497-26-28
mail@naa.edu.az
г. Баку, Мардакянский проспект 30

“Azərbaycan Hava Yolları” QSC Milli Aviasiya Akademiyasına qəbul olmuş birinci kurs tələbələrinin nəzərinə

Əziz tələbələr!

Sizi Milli Aviasiya Akademiyasının tələbəsi olmanız münasibəti ilə səmimi təbrik edir və təhsilinizdə uğurlar arzulayırıq!

Qəbul olmuş tələbələrlə Milli Aviasiya Akademiyasında nəzərdə tutulan tanışlıq görüşlərinin keçirilməsi barədə əlavə məlumat təqdim olunacaqdır. Xahiş olunur ki, mütəmadi olaraq https://naa.az saytının elanlar bölməsini yoxlayasınız.

Eyni zamanda nəzərinizə çatdırmaq istəyirik ki, Sizlər, Milli Aviasiya Akademiyasının birinci kurs tələbələri, Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemin”də qeydiyyatdan keçməlisiniz. Bunun üçün Siz https://e-telebe.edu.az elektron portalına müraciət etməlisiniz.

“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin https://e-telebe.edu.az elektron portalına təqdim edilən məlumatlar əsasında Təhsil Nazirliyi həmçinin, ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri müəyyən edərək, onların təhsil xərclərinin dövlət vəsaiti hesabına ödənilməsini həyata keçirəcəkdir.

          Xahiş edirik nəzərə alasınız.