(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

MAA ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında Saziş imzalanmışdır

Cari ilin martın ayının 19-da Milli Aviasiya Akademiyası ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

Sazişdə Milli Aviasiya Akademiyasında (MAA) hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin, magistrantların, doktorantların Vəkillər Kollegiyasında və vəkil bürolarında təcrübə keçmələri, hər hansı bir tərəfin hazırladığı elmi-metodik materiallara digər tərəfdən rəylərin, tövsiyələrin verilməsi, birgə elmi-praktiki təcrübələrin aparılması, Vəkillər Kollegiyası üzvlərinin MAA-da hüquqşünasların hazırlığında iştirak etməsi, birgə təlim kurslarının, seminar-treninqlərin və mühazirələrin təşkili, dərs vəsaitlərinin, elmi məqalələrin, çap materiallarının, broşurların, monoqrafiyaların, müxtəlif nəşrlərin hazırlanması və s. bu kimi məsələlər qeyd edilmişdir.

Tərəflər arasındakı əməkdaşlıq Sazişində MAA-nın hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin Vəkillər Kollegiyası və Vəkil Bürolarında könüllü fəaliyyətə cəlb olunmaları da nəzərdə tutulmuşdur.