(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

MAA ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi arasında Saziş imzalanmışdır

2020-ci ilin sentyabr ayının 22-də Milli Aviasiya Akademiyası ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

Sazişdə Milli Aviasiya Akademiyasında (MAA) hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin Konstitusiya Məhkəməsində təcrübə keçmələri, Konstitusiya Məhkəməsi əməkdaşlarının və hakimlərin MAA-da hüquqşünasların hazırlığında iştirak etməsi, birgə elmi konfransların, dəyirmi masaların, təlim kurslarının, seminar-treninqlərin, mühazirələrin təşkili, MAA-nın professor-müəllim heyətinin Konstitusiya Məhkəməsində ekspert qismində iştirak etməsi və s. bu kimi məsələlər qeyd edilmişdir.

Tərəflər arasındakı əməkdaşlıq Sazişində MAA-nın hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin könüllülər qismində Konstitusiya Məhkəməsində işə cəlb olunmaları da nəzərdə tutulmuşdur.