(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Aeronaviqasiya kafedrası

Aeronaviqasiya kafedrası

Aeronaviqasiya kafedrası haqqında

Aeronaviqasiya kafedrası 2007-ci ildə yaradılmışdır.

Kafedra aşağıdakı ixtisas (ixtisaslaşmalar) üzrə bakalavr və magistr hazırlığını həyata keçirir: 

Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi

 Hava nəqliyyatı hərəkətinin idarə olunması

Aeronaviqasiya təminatı.

Kafedranın uçuş naviqator trenajorları bölməsində An-2 təyyarəsinin kompleks trenajoru, Tu-154 təyyarəsinin xüsusiləşdirilmiş naviqasiya trenajoru «SNT DVİNA» adlı trenajorlar var.
Aeronaviqasiya kafedrasının nəzdində “Aviasiyada insan amili” problem laboratoriyası yaradılmışdır. Laboratoriyaya b.e.d., prof. Arif Məmmədov rəhbərlik edir.
Kafedrada əsasən yüksək ixtisaslı mülki aviasiya mütəxəssisləri çalışır. Kafedra əməkdaşlarının siyahısı:

Kafedranın əməkdaşları

  1. Hüseyn Babayev – t.f.d., dosent, kaf. müdiri
  2. Bala Mirzəyev – t.e.n., baş müəllim
  3. Fərail Kərimov – müəllim
  4. Emil Rəhimov – müəllim
  5. Vahid Qədirov – müəllim
  6. Vüsal İbrahimov – müəllim
  7. Səfa Məmmədov – müəllim
  8. Aleksandr Telegin – müəllim
  9. Ramiz Bəşirov – müəllim
  10. Rövşən Sultanov – müəllim
  11. Rövşən Cəfərov – müəllim
  12. Əbubəkir Səidov – müəllim
  13. Gennadiy Malafeyev – müəllim
  14. Zümrüd Əhədova – laborant

Kafedra müdiri

Kafedra müdiri Hüseyn Baba oğlu Babayev – 1969-cu ildə Ordubad rayonunda anadan olmuşdur. O, 1986-1992-ci  illərdə AzərbaycanPolitexnik İnstitutunda Radioaparatların konstruksiyası və istehsalı ixtisası üzrə təhsil alaraq Radioaparatları texnoloq-konstruktor mühəndisi ixtisasına yiyələnmişdir. 2009-cu ildən Milli Aviasiya Akademiyasının “Aerokosmik İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri” kafedrası üzrə saathesabı müəllim, 2010-cu ildən 0,5 ştat müəllim, 2014-cü ildən isə “Aerokosmik İnformasiya Sistemləri” kafedrasının 0,5 ştat baş müəllimi kimi elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2014-2016-cı illərdə MAA-da HHİE trenajor kompleksinin və HH AİS laboratoriyasının yaradılmasına və quraşdırılmasına rəhbərlik edib. 30 sentyabr 2016-cı ildə 3352.01-“Hava nəqliyyatının istismarı” ixtisası üzrə dissertasiya işini müdafiə etmiş, 12 may 2017-ci ildə Azərbaycan Repsublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika üzrə fəlsəfə doktoru (t.f.d.) elmi dərəcəsinə layiq görülmüşdür. 28 dekabr 2017-ci il tarixində Hüseyn Baba oğlu Babayev “Aerokosmik İnformasiya Sistemləri” kafedrası üzrə dosent vəzifəsinə seçilmişdir. 11 yanvar 2018-ci il tarixində Milli Aviasiya Akademiyasının 04/Ksaylı 10 yanvar 2018 ci il tarixli əmri ilə “Aeronaviqasiya” kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. 

 

Əlaqə

(+994 12) 497 26 00 (24-80) ;
(+994 12) 497 27 19;