Avianəqliyyat istehsalatı kafedrası

Kafedra müdiri Cahangir Cəlal oğlu Əsgərov – 1991-1993-cü illərdə Azərbaycan Respublikası Uçuş Heyəti Assosiasiyası Həmkarlar İttifaqının prezidenti, daha sonra isə Azərbaycan Respublikası Aviasiya İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1993-1996-cı illərdə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin Türkiyə Respublikasındakı nümayəndəliyinin baş təmsilçisi vəzifəsində işləmiş, 15 iyul 1996-cı ildən etibarən “Azərbaycan Hava Yolları” Dövlət Konserninin Baş direktoru vəzifəsində çalışmışdır. C.C.Əsgərovun təşəbbüsü ilə Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatı kafedrası açılmış və o, hal-hazırda həmin kafedranın fəaliyyətinə ictimai əsaslarla rəhbərlik edir. 1998-ci ildə Milli Aviasiya Akademiyasında nəşr edilmiş “Rusca-ingiliscə-Azərbaycanca aviasiya terminləri lüğəti”nin, “Aviasiya terminlərinin izahlı lüğəti”nin, və Azərbaycanda ilk “Aviasiya Ensiklopediyası”nın müəlliflərindən biridir. 1999-cu ildə Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, 2002-ci ildə isə həqiqi üzvü seçilmişdir. 2004-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildə Ukrayna ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafındakı böyük xidmətlərinə görə Ukraynanın V dərəcəli “Knyaz Yaroslav Mudri”ordeni ilə təltif edilmişdir. 10 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda mülki aviasiyanın inkişafındakı xidmətlərinə görə C.C.Əsgərov “Şöhrət” ordeni ilə təltif edilmişdir. C.C.Əsgərov həmçinin Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığına və iki ölkənin mülki aviasiya sahəsində əlaqələrinin güclənməsinə xüsusi töhfə verdiyinə görə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. 31 may 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan mülki aviasiyasının inkişafında xidmətlərinə görə C.C.Əsgərova “Əməkdar pilot” fəxri adı verilmişdir.

Avianəqliyyat istehsalatı kafedrasının müdir müavini, t.e.n., dosent Elman Mehdi oğlu Nəcəfov 1993-cü ildən Milli Aviasiya Akademiyasında  baş müəllim, dosent, 1997-2003-cü illərdə Avianəqliyyat istehsalatı və ixtisasartırma fakültəsinin dekanı vəzifələrində çalışmışdır. Aviasiya nəqliyyatı sahəsində 60-a yaxın elmi məqalə və tədris-metodiki vəsaitlərinin müəllifidir. Milli Aviasiya Akademiyasının Elmi şurasının və İxtisaslaşmış Elmi Seminarının üzvüdür. Onun rəhbərliyi altında aspirant Arif Eyvazov dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Əlaqə tel:  (+994 12)  497 26 00 (20-28)

[/vc_column_text][/vc_column][/vc_row]