(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Aerokosmik cihazlar kafedrasi

Aerokosmik cihazlar kafedrasi

Aerokosmik cihazlar kafedrası haqqında

Aerokosmik cihazlar kafedrasi 1996-cı ildə yaradılıb.

Kafedrada aşağıdakı ixtisas (ixtisaslaşma) üzrə bakalavr və magistr hazırlığı həyata keçirilir:

Cihazqayırma mühəndisliyi

  • Aviasiya cihazları.

Kafedrada həmçinin 3311.02 “Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və metodları” və 3361.01 “Bərk cisim elektronikası, radioelektron komponentlər, mikro və nanoelektronika” ixtisasları üzrə doktorantlar hazırlanır.

Kafedra iki laboratoriya və fənn otaqları  ilə təmin olunub. Laboratoriya və fənn otaqları plakatlarla, proyektorlarla və laboratoriya avadanlığı ilə təchiz olunub.  Müvafiq fənlərin tədrisi və  laboratoriya dərsləri bu otaqlarda keçirilir. İkinci laboratoriya otağı – meteorologiya, standartlaşdırma və keyfiyyətə nəzarət və əməyin mühafizəsi və təhlükəsizlik texnikası istiqamətində yaradılaraq lazımi texniki avadanlıqlarla təchiz olunmuşdur.

Elektron cihazları və sxemlərinin təhlili və modelləşdirilməsi üçün tətbiqi proqramlar paketinin mövcudluğunu nəzərə alaraq (Electronics Work Bench, Matlab, Mathcad, Multisim və s.) bəzi  laboratoriya işləri kompyuterdə yerinə yetirilir.

Kafedrada “Metal-yarımkeçiricilər  və metal-yarımkeçirici-dielektrik quruluşlarının elektrik və fotoelektrik xassələrinin tədqiqi”, “Pilotsuz uçan aparatın uçuşunun modelləşdirilməsi”, “Cihazqayırmada maqnit levitasiyasının nəzəriyyəsi və praktikası” mövzularında elmi-tədqiqat işləri aparılır.

Kafedranın əməkdaşları

  1. Arif  Bədəlov –  f-r.e.d., professor, kafedra müdiri
  2. Natiq İsmayılov  – t.e.n., dosent
  3. Solmaz Allahverdiyeva  – müəllim
  4. Aftandil Məmmədov – müəllim
  5. Turanə Musazadə – laborant
  6. Təyyar Cəfərov – f.-r.e.d., akademik, 0,5 şt.
  7. Rasim Nəbiyev – t.e.d., professor, 0,5 şt.
  8. Rauf Sərdarlı – f-r.e.d., professor, 0,5 şt.
  9. Ramiz Əhmədov – t.e.n., dosent, 0,5 şt.
  10. Əkrəm İzmayılov – t.e.n.,dosent, 0,5 şt.
  11. Vasif Neymətov – baş müəllim, 0,5 şt.
  12. Müsəddin Qurbanov – müəllim, 0,5 şt.

Kafedra müdiri

Kafedra müdiri Arif Bədəlov – 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fizika ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1963-cü ildə Milli Elmlər Akademiyasının Fizika İnstitutunda başlamışdır. 1971-ci ildə namizədlik, 1992-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Milli Aviasiya Akademiyasında 2007-ci ildən işləyir.

Əlaqə

(+994 12) 497 26 00 (21-33)