(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Elmi katib

Xəqani İmran oğlu Abdullayev 1983-cü ildə Azərbaycan Texniki Universitetini (AzTU) radiotexnika ixtisası üzrə fərqlənmə ilə bitirmişdir. Əmək fəaliyyətinə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində mühəndis vəzifəsində başlamış, sonra aparıcı mühəndis, birinci dərəcəli mühəndis-konstruktor, aparıcı konstruktor vəzifələrində çalışmışdır. 1994-1999-cu illərdə AzTU-nun Televiziya və radiosistemlər kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 1999-cu ildə MAA-nın Aviasiya radiotexnikası və elektronikası (indiki Radioelektronika) kafedrasına baş müəllim vəzifəsinə keçmişdir. Hazırda həmin kafedranın professorudur. 2005-ci ildə MAA-nın Aspirantura şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2010-cu ildən MAA-nın elmi katibidir və eyni zamanda MAA-nın magistratura və doktorantura şöbəsinin müdiri vəsifəsini icra edir. 2005-ci ildə 05.12.04 – “Radiotexnika, radionaviqasiya, radiolokasiya və televiziya sistemləri və qurğuları” ixtisasından texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2009-cu ildə dosent elmi adını almışdır. 2018-ci ildə 3361.01 – “Bərk cisim elektronikası, radioelektron komponentləri, mikro və nanoelektronika” və 3311.02 – “Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və üsulları” ixtisaslarından texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 60-dan çox elmi işin, 2 dərsliyin, 7 dərs vəsaitinin, 2 metodik vəsaitin müəlifidir. Bir çox elmi tədqiqat və təcrübi konstruktor işlərinin məsul icraçısı olmuşdur. Kosmik Məsələlər üzrə Şuranın işçi qrupunun üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 31 may 2018-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Əlaqə tel.: (+994 12) 556 51 13 (tel/faks); (+994 12) 497 26 00 (23-21);

mob. (+994 50) 610 64 73; (+99450) 211 10 72; (+99455) 455 39 42

e-mail: khagani61@gmail.com