(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Tədris-metodiki şöbə

 Tədris-metodiki şöbəsinin əsas funksiyaları:

  • ayrı-ayrı tədris proqramlarının və akademiyanın lisenziyalaşdırılması, attestasiyası, akkreditasiyası proseduralarının keçirilməsi üçün materialların hazırlanması;
  • ixtisaslar və hazırlıq istiqamətləri üzrə dövlət tədris standartlarının yığılması, emalı, saxlanması və tətbiqi, standartlarda dəyişikliklərin olmasına nəzarət edilməsi və bu dəyişikliklərin fakültə dekanlarına, kafedra rəhbərlərinə vaxtında çatdırılması;
  • ixtisas və hazırlıq istiqamətləri üzrə əsas tədris proqramlarının lisenziyalaşdırılması və akkreditasiyası ilə bağlı fakültələrin fəaliyyətinin istiqamətləndirilməsi və onlara nəzarət edilməsi;
  • MAA-nın fakültələri tərəfindən hazırlanmış ixtisasların və hazırlıq istiqamətlərinin əsas tədris proqramlarının dövlət tədris standartlarına uyğunluğuna nəzarət edilməsi;
  • dövlət tədris standartlarına uyğun olaraq, akademiyada icra edilən tədris proqramları üzrə məzunların hazırlığının keyfiyyətinə nəzarətin təşkil edilməsi;
  • dövlət akkreditasiyası prosedurasının informasiya-metodoloji müşayiəti çərçivəsində, MAA-nın məzunlarının hazırlığının analizinin nəticələrinin sistemləşdirilməsi və ümumiləşdirilməsi;
  • tələbələrin hazırlıq səviyyəsinə dair ümumi tələblərin yaradılması məqsədilə humanitar, peşəkar ixtisas fənlərinin keçilməsinin strukturu, həcmi və qaydasının unifikasiyası üzrə təkliflərin işlənməsi;
  • tədris prosesinin təşkili üzrə sənədlərə uyğun olaraq MAA-nın (fakültələrin, kafedraların) tədris fəaliyyətinin koordinasiyası;
  • MAA-da çalışan ştat, yarımştat və saathesabı müəllimlərin planlaşdırılan dərs yükü haqqında məlumatların toplanması və analizi;
  • fakültələrin təhkim olunmuş auditoriyaların bölüşdürülməsinə ehtiyac olduqda, fakültələrin auditoriya fonduna ehtiyacının hesablanması;
  • tədris və tədris-metodiki işlərin təşkili üzrə normativ sənədlərin hazırlanması;
  • MAA-da icra edilən tədris proqramları üzrə metodiki komplekslərlə tədris prosesinin təmin olunmasına nəzarət edilməsi;
  • MAA-nın tədris texnologiyalarının effektliliyin qəbul olunması və qiymətləndirilməsi üzrə fakültələrinin işinin koordinasiyası;
  • növbəti təqvim ili üçün MAA-nın fəaliyyətinin əsas göstəriciləri üzrə perspektivli və mövcud planların qurulması;
  • təqvim ili üçün akademiyanın fəaliyyətinin əsas göstəriciləri üzrə hədəflərə nail olmaq haqqında planların, proqramların və hesabatların hazırlanması.

Şöbənin əməkdaşları:

Vasif  Neymətov – şöbə müdiri,  dosent

Məcid Damadayev  – metodist, t.e.n., dosent

Arab Eyvazov – təcrübələr rəhbəri, baş müəllim

Ravil Mürsəlov – metodist, baş müəllim

Səidə Rəhimova – metodist

Azər Həsənov – metodist

Aynur Səfərova – inspektor

Ceyhun Dadaşov – dispetçer

 Əlaqə telefonları:

Tel. (+994 12) 497 26 29;   (+994 12) 497 26 00 (24-16);