Magistratura və doktorantura şöbəsi

Magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı-na uyğun mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir.

Magistraturada təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş Magistratura təhsilinin məzmunu, təşkili və ”magistr” dərəcələrinin verilməsi Qaydaları”na əsasən müəyyən edilir.

Magistraturaya tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

MAA-nın magistraturasına bu ixtisaslar üzrə qəbul həyata keçirilir:

Doktorantura ali təhsilin üçüncü səviyyəsi olaraq  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2012-ci il tarixli 65 nömrəli qərarı ilə   təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatına uyğun mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir.

Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. 

Doktorantura təhsili MAA-da yaradılan doktoranturada həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr MAA-da fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.

Azərbaycan Respublikasında fəlsəfə doktoru (elm sahələri göstərilməklə) və elmlər doktoru (elm sahələri göstərilməklə) elmi dərəcələri müəyyən edilir.

Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydalarına əsasən həyata keçirilir.

Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.

Milli Aviasiya Akademiyasında elmi və elmi-pedaqoji kadr hazırlığı dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırılır.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 il, elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.

Doktoranturada fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə bu ixtisaslar üzrə qəbul həyata keçirilir:

Magistratura və doktorantura şöbəsinin əsas funksiyaları: 

Şöbənin əməkdaşları:

1. Xəqani Abdullayev – şöbə müdiri, t.e.d., professor

2. Ramil Muxtarov – metodist, t.f.d., dosent

3. Natavan Qocayeva – metodist

4. Əminə Kazımova – metodist

5. Lalə Ələsgərova  inspektor

Əlaqə telefonları:

Tel., faks. (+994 12) 556-51-13;    Tel. (+994 12) 497-26-00 (23-21 və ya 23-48)

Mob.: (+994 50) 610-64-73

email: khagani61@gmail.com