Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu (ETNAPİ) 1993-cu ildə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin (indi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti) nəzdində Elmi-Tədqiqat Aviasiya İnstitutu (ETAİ) adı ilə yaradılmış və 2010-cu ilə qədər ETAİ adı ilə fəaliyyət göstərmişdir. ETNAPİ-nin yaradılmasında əsas məqsəd “Azərbaycan Hava Yolları” QSC-nin bütün strukturlarında mülki aviasiyanın aktual elmi-texniki problemlərinin həlli, uçuşların təhlükəsizliyinin təmin edən yeni uçuş və yerüstü vasitələrin yaradılması və tətbiqi, aviamüəssisələrin fəaliyyətini tənzimləyən normativ-texniki sənədlərin işlənməsi olmuşdur.
İnstitutun ilk rəhbəri t.e.d., professor Namiq Hacıyev (1993-2004) olmuşdur. 2004-2009-cu illərdə institutun direktoru vəzifəsini f.-r.e.d., professor Fuad Qasımov icra etmişdir.
2009-cu ildən isə instituta АМЕА-nın həqiqi üzvü, f.-r.e.d., professor Bahadır Tağıyev (bahadur34@mail.ru) rəhbərlik edir.
İnstitutun direktor müavini vəzifəsini Yaşar Bağırov icra edir. ETNAPİ-də iki şöbədən ibarət Konstruktor Bürosu, Təcrübə-sınaq istehsalatı sahəsi və aşağıdakı şöbələr fəaliyyət göstərir:
-Aviasiya elektronikası şöbəsi
-Yeni texnikanın və texnologiyanın işlənməsi şöbəsi
-Аviasiya mikroelektron vericiləri şöbəsi
-Аеrokosmik informatika şöbəsi
-Еlmi-texniki informasiya və yeni texnikanın tətbiqi şöbəsi
Əlaqə tel.: (+994 12) 497 26 32
e.mail: etnapi@naa.edu.az