(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Beynəlxalq əlaqələr

Beynəlxalq əlaqələr şöbəsi

Beynəlxalq əlaqələr şöbəsi 2007-ci ildə yaradılmışdır. Şöbəyə beynəlxalq əlaqələr üzrə prorektor t.e.d., professor Ramiz Sadıqov rəhbərlik edir.

Beynəlxalq əlaqələr şöbəsi MAA-nın müəllim-tələbə heyətinin ixtisaslandırılması və təcrübə keçməsi istiqamətində müxtəlif yerli və beynəlxalq proqramlar həyata keçirir. Bu günə qədər şöbə mühəndis-pilot, mühəndis-mexanik və digər ixtisaslarda təhsil alan tələbələrin biliklərinin artırılması məqsədi ilə bir neçə beynəlxalq proqram həyata keçirib. Bu proqram Almaniya, Litva, Fransa, ABŞ, Böyük Britaniya və digər ölkələrlə əlaqələrin inkişaf etməsinə yardım edir.

Beynəlxalq əlaqələr şöbəsində fənlərin birbaşa tədrisi nəzərdə tutulmasa da, şöbənin ayrı-ayrı əməkdaşları müxtəlif kafedralarda (ingilis dili, ingilis dilində hazırlıq fakültəsi, aerokosmik informasiya texnologiyaları və idarəetmə sistemləri və s.) dərs deyirlər. Lakin, iştirak etdikləri proqramlar vasitəsilə İngilis dili və müxtəlif təyyarə mütəxəsisslərinin MAA tədris-təcrübə sahəsinə cəlb edir.

Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarının iştirak etdiyi beynəlxalq qrantlar və layihələr: 

  • 25-27 May, İETC – Beynəlxalq Təhsil texnologiya Konfransı
  • “ILMENAU” Student Grant
  • 08-15 May, 2010-cu il İCAMES Mühəndislik Tələbələrinin Beynəlxalq Mədəni və Akademik  görüşü proqramında iştirak etmiş və sertifikatlar alınmışdır.
  • TEMPUS (Trans-European Mobility Programme for University Studies) proqramı çərçivəsində Bakı şəhərində keçirilən beynəlxalq görüşlərdə iştirak.
  • TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya ölkələri arasında nəqliyyat dəhlizi sahəsində birgə layihələrin işlənib həyata keçirilməsi proqramı çərçivəsində Bakı və Tbilisi şəhərlərində keçirilən beynəlxalq görüşlərdə iştirak etmiş və bu proqram daxilində bir sıra kursların keçirilməsini təşkil etmişdir.
  • DAAD (Deutcher Akademischer Austausch Dienst) Almaniyada təhsil-tədqiqat-təcrübə proqramları üzərində işləyir.
  • ABŞ, Almaniya, Fransa və digər dövlətlərin ölkəmizdəki səfirlikləri ilə elmi-mədəni əlaqələr inkişaf etdirilib və MAA-nın təhsil standartlarını təkmilləşdirilməsi üçün müxtəlif layihələr hazırlayır.
  • ABŞ Fullbright Proqramı xətti ilə bir neçə ingilis dili müəllimləri, FAA-dan Boeing üzrə mütəxəssislər MAA-dakı tədris sisteminə cəlb olunub və ingilis dili və aviasiya üzrə dərslər aparıblar.
  • MAA-ya mühəndis-pilot ixtisası üzrə yeni qəbul olmuş tələbələrin Türkiyənin İzmir Yüksek Texnoloji İnstitutunda bir illik ingilis dili kurslarını təşkil edir.

YAY MƏKTƏBLƏRİ:

  •  7 İyul – 7 Avqust 2011 tarixində Baltik Aviasiya Akademiyası (Litva) ilə MAA arasındakı qarşılıqlı əməkdaşlıq müqaviləsi çərçivəsində tələbələr üçün aviasiya ingilis dili kurslarının təşkil edilməsi həyata keçirmişdir. 
  • 18 İyul-16 Avqust 2009 tarixində Avropa Beynəlxalq Tədris Mərkəzi İNSE-də aviasiya ingilis dili kursu və Berlin şəhərində Lufthansa tədris-təlim mərkəzi olan TRAİNİCO-da seminar-praktika məşğələləri təşkil edilmişdir və kurslarda iştirak edən tələbələr həmin kurslardan sertifikatlar almışlar.
  • Beynəlxalq “Work and Travel” proqramı çərçivəsində MAA-da təhsil alan yaxşı və əla oxuyan tələbələrin seçilərək bu proqramda iştirak etməsi təşkil edilmişdir.

  Əlaqə tel: (+994 12) 497 26 00 (23-91)