“Aviamodelizm” dərnəyi

“Aviamodelizm” dərnəyi 2011-ci ildən Aviamodel laboratoriyası kimi fəaliyyətə başlamışdır. Laboratoriyaya Aleksand Sviridov, Vladimir Şevçuk və Elxan Allahverdiyev rəhbərlik edirlər.  Aviamodel laboratoriyasının məqsədi tələbələrə  uçuş aparatlarının layihələndirilməsi və hazırlanması üçün nəzəri və praktiki biliklərin verilməsidir. Bu laboratoriyada çalışan tələbələr təyyarələrin uçan modellərinin düzəldilməsinin nəzəriyyə və praktikasını öyrənməklə yanaşı, həmçinin öz əlləri ilə layihələndirdikləri və düzəltdikləri modelləri idarə etməyi də öyrənirlər. Aviamodel laboratoriyasının planında kordlu, radioidarəolunan və pilotsuz uçuş aparatlarının aerodinamikasının öyrənilməsi, bu tip modellərin praktiki layihələndirməsi və hazırlanması vərdişlərinə yiyələnmə mərhələləri daxildir.

MAA-nın tələbələrinin müxtəlif aviamodel yarışmalarında və komandanın aviamodelizm üzrə Respublika Çempionatlarında iştirakı planlaşdırılır.

Tel.: (+994 55) 784 94 79