(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Elmi Şura

MAA-nın ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şura seçkili orqandır, onun yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 10 noyabr 1997-ci il tarixli 792 nömrəli əmri ilə təsdiq edilən Ali təhsil müəssisələrinin Elmi Şurası haqqında Əsasnamə” və   MAA-nın Nizamnaməsi ilə tənzimlənir. MAA Elmi Şurasının iclasları hər ayın axırıncı cümə axşamı saat 12:00-da keçirilir. Elmi Şuranın iclasları bütün əməkdaşlar və tələbələr üçün açıq olur.

MAA-nın Elmi Şurasının sədri MAA-nın rektoru, akademik Arif Paşayev, Şuranın elmi katibi t.e.d., professor Xəqani Abdullayevdir.